Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5766

Digər sorğular

Cibində 1 manatı olmayan “bomj” 200 min manatlıq heroinlə tutuldu

18:57  |    22 İyul 2018  |   E-mail  |  Çapa göndər


Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Rasim Zəkaryayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Virtualaz.org-un xəbərinə görə, məhkəmənin hökmü ilə Rasim Zəkaryayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Rasim Zəkaryayev əldə etdiyi 2 kiloqramdan artıq heroini satmaq məqsədlə icarəyə kafe işlədən Ulduz Məmmədovun yanına gəlib, ondan alıcı tapmasını xahiş edib. U.Məmmədov onun bu təklifindən sonra dərhal Nizami Rayon Polis İdarəsinə gedərək R.Zəkaryayevdə narkotik vasitə olması barədə məlumat verib.

Təqsirləndirilən, 59 yaşlı R.Zəkaryayev ona elan olunmuş ittihamla özünü özünü təqsirli bilməyib. İfadəsində daimi yaşayış yeri olmadığını, narkotik vasitlərdən istifadə etmədiyini, həbsxanaya düşmədiyini göstərib. Saxlanılarkən əlindəki sellofanın ona məxsus olmadığını deyən R.Zəkaryayev həbs olunmazdan bir gün öncə Qara Qarayev prospektindəki kafelərdən birinə gedib, yemək yeyib, spirtli içki qəbul edib:

“Bir neçə dəfə ora gedib yemək yemişdim. Kafenin sahibi Ulduz adlı şəxs mənə sellofan torba verdib dedi ki, qarşıdakı binanın yanında səni qarşılayacaqlar. İçərisində nə olduğunu bilmirdim. Kafedən çıxıb bir neçə metr getmişdim ki, polislər yaxınlaşdılar. Ömrümdə narkotik vasitə görməmişəm. Amma polislər narkotik olan sellofanı əlimdə tutmuşdular. Polislər mənə təzyiq etmədilər. Sellofanı mənə Ulduzun verməsi aydın idi”.

Daimi yaşayış yeri olmayan, saxlanılarkən cibində 1 manat belə aşkarlanmayan şəxsin 2 kiloqramdan çox heroini haradan əldə etməsi suallar doğurub. Baş əməliyyat müvəkkili Xəlil Atakişiyev ifadəsində Ulduz Məmmədovun idarəyə verdiyi məlumat əsasında əməliyyat keçirilib. Keçirilən əməliyyat zamanı Rasim Zəkaryayev saxlanılıb.

Baş leytenant Murad Soltanov da anoloji ifadə verib. O, əlavə olaraq göstərib ki, əməliyyata gedən zaman Ulduz Məmmədov da onlarla gedib və kənardan Rasim Zəkaryayevi göstərib: "Ulduz bizə Rasimi göstərdi və oradan uzaqlaşdı. Biz də yaxınlaşıb Rasimi saxladıq".

Şahid qismində dindirilən Ulduz Məmmədov ifadəsində Nizami rayonu ərazisində icarəyə kafe götürdüyünü, təqsirləndirilən şəxsin həmin kafeyə müştəri kimi gəlib-getdiyini göstərib. Şahidin ifadəsinə görə, sonuncu dəfə kafeyə gələn R.Zəkaryayev ona heroin satmağı təklif edib. O da öz növbəsində bu haqda polisi məlumatlandırıb: "Hər şeyi polisə dedim. Çünki gənclərimizin çoxu narkotik vasitənin qurbanı olurlar".

Təqsirləndirilən R.Zəkaryayev isə şahidin yalan danışdığını, həbs olunmamışdan bir gün əvvəl Ulduzun ona kafedə qalmağı təklif etdiyini deyib: “Bilirdi ki, gedəcək yerim yoxdur. Həmin gecə oturacaqların üstündə yatdım. Səhər də selofan torba verdi, sonra da tutuldum. Mənim heç bir günahım yoxdur".
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.08.2018
Gəncədə arvadı və qayınatasını öldürən şəxs tutuldu
16.08.2018
ABŞ İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayıb
15.08.2018
Məhbusların qaçmasında günahlandırılan qarovul rəisi: "Fədayə Laçın qatarda "Qoca" ilə görüşdü"
12.08.2018
Xarici dövlətlərin hərbi gəmiləri Bakını tərk edib - FOTO
12.08.2018
Sərkisyanın "Lotu Quli" ilə bağlı planı ifşa olundu: restorana basqın VİDEO