Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5766

Digər sorğular

Paşinyanın siyasi rəqqaslığı: Rusiya dözməyəcək...

11:37  |    22 İyul 2018  |   E-mail  |  Çapa göndər


Paşinyanın mətbuat konfransındakı sözləri dolayısı etirafdır ki, Rusiya olmasa, Azərbaycan çoxdan torpaqlarını azad etmişdi.

Bu sözləri Axar.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat konfransında dediyi ifadələrə münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Paşinyan ikitərəfli oynayır:

“Həm Rusiyaya deyir ki, səninləyəm, məni qoru, həm də Qərbdən yardım istəyir. Əsl erməni xislətidir - hiyləgərlik, yalançılıq, xainlik nümunəsi. Amma Rusiya da, Qərb də bunu yaxşı anlayırlar. Təbii ki, Qərb Ermənistana yüksək məbləğdə yardımlar etməyə çəkinir. Çünki Rusiyanın nəzarətində və müharibə şəraitində olan ölkəyə Qərb investisiya qoymağa risk etməz. Eyni zamanda Rusiya da Paşinyanın ikitərəfli oyununu qəbul etmir. Hələlik Paşinyan Qərblə Rusiya arasında rəqs etməyə cəhd edir. Amma nə vaxta qədər?! Siyasət rəqqasları sevmir”.

Politoloq Paşinyanın Azərbaycanın güzəştə getməli olduğu ilə bağlı iddiasına da toxunub:

“Paşinyanın bu iddiasının əlindən alınması üçün Azərbaycan Ordusu müəyyən əraziləri azad etməlidir. Bu halda artıq əraziləri işğalda saxlayan tərəfin "üstünlük" iddiası darmadağın olacaq. Paşinyanın məlum güzəşt məsələsində istəyi köhnə düşüncədir: 5+2 rayonun azadlığına görə Dağlıq Qarabağın müqəddaratı. Bu isə qəbul edilə bilməz. Dağlıq Qarabağ ətrafında işğalda saxlanılan və Ermənistanın özünün də iddia etmədiyi 7 rayon Dağlıq Qarabağ müzakirəsində alver predmetinə çevrilə bilməz. 7 rayon heç bir şərt olmadan azad edilməlidir. Dağlıq Qarabağa isə Azərbaycan ərazi bütövlüyü çərçivəsində status və qarantiya məsələsini torpaqlar işğaldan azad edildikdən sonra müzakirə etməyə hazırdır. Başqa heç bir güzəşt ola bilməz”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.08.2018
Şəhidin vəsiyyəti yerinə yetirildi: Ana və atamı…
18.08.2018
Paşinyan komediya aktyorunu mer görmək istəyir
18.08.2018
Ərdoğan yenidən AKP sədri seçilib
18.08.2018
RUSİYA TÜRKİYƏ İLƏ İTTİFAQ İSTƏYİRMİ? – “Gec-tez bu ölkələr yenə toqquşacaqlar”
18.08.2018
Koçaryan Paşinyanı zəif yerindən vurur – ŞƏRH