Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5886

Digər sorğular

Azərbaycan kino sənətinin unudulmaz siması: Ramiz Əzizbəyli - 70

23:44  |    20 İyul 2018  |   E-mail  |  Çapa göndər

Azərbaycan kino rejissoru və aktyoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri Ramiz Əzizbəylinin bu gün (20 iyul) 70 yaşı tamam olur.

Cebhe.info məlumat verir ki, Ramiz Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. M.A. Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib və hal-hazırda "Azərbaycanfilm" kinostudiyasında işləyir.

1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb.

1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb.

Rejissoru olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2008-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülüb. Həmçinin R.Əzizbəyli "Hacı Zeynalabdin Tağıyev" və "Qızıl Buta" mükafatları ilə də təltif edilib.

Qeyd edək ki, Ramiz Əzizbəyli100-dən çox Azərbaycan filmlərində yaxından iştirak edib.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
13.10.2018
Daha 3 məşhur “Diriliş Ertuğrul”da - Fotolar
12.10.2018
Akademik Milli Dram Teatrında İlham Əsgərovun xatirə gecəsi keçirilib
09.10.2018
İlham Əsgərovun xatirə gecəsi keçiriləcək
08.10.2018
Milli Dram Teatrında “Ah, bu uzun sevda yolu“ tamaşasının premyerası keçirilib
27.09.2018
Akademik Milli Dram Teatrında “Bir, iki – bizimki!” tamaşası təqdim olunub