Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6319

Digər sorğular

“Nazirin xəbəri yoxdur ki…” Etiraz

00:51  |    21 İyul 2018  |   E-mail  |  Çapa göndər

Güney Azərbaycanın Təbriz Şəhər Şurasının üzvü Qulam Hüseyn Məsudi Reyhan İranın Təhsil naziri Məhəmməd Bəthayini irqçilikdə ittiham edib.

Teleqraf.com xəbər verir ki, o, İranın təhsil müəssisələrində qeyri-fars dillərin tədrisinə qoyulmuş qadağanın ölkə Konstitusiyasına zidd olduğunu bildirib.

“Görünür ki, nazirlər kabinetinin üzvü olan təhsil naziri ölkə konstitusiyası ilə tanış deyil. O həmçinin bilmir ki, ana dilinin məktəblərdə tədris olunması İranda yaşayan bütün xalqların əsas tələbidir. Konstitusiyanın 15-ci maddəsi də buna imkan yaradır.

Lakin nazirin bundan xəbəri yoxdur. Bu kimi açıqlamalar ölkə daxilində qarşıdurmaya gətirib çıxarır. Buna görə də ölkə rəsmiləri belə açıqlamalar verməzdən əvvəl qanunvericiliklə bağlı kitabları oxusalar pis olmaz”, - deyə şəhər şurasının üzvü bildirib.

Bundan əvvəl Urmiyadan olan millət vəkilləri Hadi Bahaduri və Nadir Qazipur, Təbrizin millət vəkilləri Məhəmməd İsmail Səidi, Zəhra Sai və Məhəmməd Hüseyn Fərhəngi, həmçinin Təbrizin imam cüməsi Məhəmmədəli Al-i Haşim və Güneyin digər rəsmi şəxsləri İranın təhsil nazirinin irqçi çıxışına etiraz edərək, Azərbaycan dilinin məktəblərdə tədris olunmasını tələb ediblər.

Qeyd edək ki, İranın təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərin tədrisinin qadağan edildiyini bildirərək, məktəblərdə fars dilinin tədris olunmasını “sistemin qırmızı xətti” adlandırmışdı.

O, həmçinin Azərbaycan və digər dilləri İran üçün “təhlükə” adlandırıb. Nazirin irqçi açıqlaması Güney Azərbaycanda etirazlara səbəb olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var
28.07.2018
Paşinyan: “Türkiyə ilə şərtsiz əlaqələr qurmağa hazırıq” - Sensasiyalı müsahibə
27.07.2018
Köçəryan istintaqa ifadə verir