Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5766

Digər sorğular

SHXÇDX-də milli mətbuat günü qeyd olunub

16:32  |    20 İyul 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan milli mətbuatının 143-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Qaziler.az bildirir ki, tədbirdə çıxış edən Xidmət rəisinin birinci müavini general-mayor Zaur Abdullayev media nümayəndələrini təbrik edərək, milli mətbuatın keçdiyi inkişaf mərhələlərindən danışıb. Z.Abdullayev bildirib ki, Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində düzgün istifadə edilməsi dövlət siyasətinin əsas məqsədlərindən biridir. Z.Abdullayev Ulu Öndər Heydər Əliyevin reallaşdırdığı islahatlar nəticəsində ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst inkişafına əlverişli şəraitin yaradıldığını qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən jurnalistlərin sosial və digər problemlərinin həlli istiqamətində ardıcıl layihələr həyata keçirilir.

Z.Abdullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə mətbuat orqanları arasında daimi əməkdaşlıq münasibətlərinin formalaşdığını və uğurla davam etdiyini vurğulayaraq, mətbuat nümayəndələrinə müstəqil Azərbaycanımızın inkişafı naminə şərəfli və çətin fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.

Tədbirin sonunda Xidmətlə yaxından əməkdaşlıq edən jurnalistlərə “Hərbi vətənpərvərliyin təbliğində xidmətlərinə görə” diplom və qiymətli hədiyyələr təqdim olunub.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.08.2018
Sabahın hava PROQNOZU
18.08.2018
DSX rəisi: Əsas hədəfimiz işğal altında olan ərazilərdə...
17.08.2018
Bakıda “avtobus manyakı” peyda olub – VİDEO
17.08.2018
Azərbaycan Ordusu Qarabağda əməliyyat keçirməyib – RƏSMİ
17.08.2018
İstirahət günlərinin hava proqnozu