Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5885

Digər sorğular

İrəvanın Bakı əleyhinə standart şüarları... - Millət vəkili

23:46  |    19 İyul 2018  |   E-mail  |  Çapa göndər

Ermənstan müstəqillik əldə etdikdən sonra bütün fəaliyyətini beynəlxalq aləmdə Azərbaycan və Türkiyə ilə bağlı yalan məlumat yaymaq, işğal etdiyi Azərbaycan torpaqlarına hüquqi status əldə etmək üzərində qurub.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, aparılmış bu qüsurlu siyasətin qonşu ölkədə 2016-cı ilin aprel hadisələrinə gətirib çıxardığı hamıya yaxşı məlumdur:

"Artıq erməni cəmiyyəti hər üç əvvəlki prezidentin dövrünün ölkə üçün itirilmiş zaman olduğunu açıq etiraf edir və özünə yeni inkişaf yolu axtarır. Amma analiz göstərir ki, Ermənistanın yeni yol axtarışına dair bütün təkliflər Ter-Petrosyan - Köçəryan -Sərkisyan siyasətinin üz qabığını dəyişməklə mahiyyətini saxlamaqdan ibarətdir".
Millət vəkili qeyd edib ki, bunu bariz şəkildə erməni siyasi elitasının Azərbaycanın beynəlxalq aləmdə fəaliyyətinə verdikləri qiymətdə görmək olar:

"Ölkəmizin bütün addımları İrəvanda diqqətlə izlənilir və müxtəlif dil resurslarında operativ rəy verilir. Bu fəaliyyət Ermənistanda hakimiyyəti dəyişdikdən sonra da dayanmayıb. Maraqlısı isə odur ki, hakimiyyət dəyişsə də, siyasi ştamplar qətiyyən dəyişməyib. “Azərbaycan - Avropa münasibətləri”, "Avropanın Ermənistanı satması", "Demokratik tələblərinin yaddan çıxması", "Avropanın Azərbaycanın maliyyə imkanlarına aldanması" və s. iddialar Sərkisyan dövründə olduğu kimi, indi də İrəvan siyasi şərhçilərinin geniş istifadə etdiyi iddialardır".
Millət vəkili vurğulayıb ki, ancaq dünyanın Ermənistanın yalanlarına inanmağa borclu olmadığı unudulur:
"Eyni zamanda, Ermənistan siyasiləri problemlərinin kökündə Azərbaycan torpaqlarının bir hissəsinin işğalının durduğunu da dilə gətirmək istəmirlər. Bunu etməsələr də, bunun belə olduğunu yaxşı bilirlər. Zamanı udmağa, ən ideal halda isə hansısa bir möcüzə gözləməyə üstünlük verirlər".
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
15.10.2018
“Cəbhə bölgəsindəki sakitlik müvəqqətidir” - Polkovnik
15.10.2018
Qarabağ danışıqlarında real dönüşün tək şərti
15.10.2018
Atəşkəs 28 dəfə pozulub
14.10.2018
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 30 dəfə pozub
13.10.2018
Trampın adamı Bakıya xüsusi təkliflə gəlir - Qarabağ və...