Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5950

Digər sorğular

Tanınmış jurnalist “Space” telekanalından getdi

23:43  |    13 İyul 2018  |   E-mail  |  Çapa göndər

“Space” televiziyasında növbəti bir kadr itkisi baş verib. Əməkdar jurnalist Nüşabə Hüseynli uzun müddətdir çalışdığı “Space” telekanalındakı işindən ayrılıb.

Modern.az-ın məlumatına görə, N.Hüseynli 2008-ci ildən bu günə kimi “Space” televiziyasında redaktor vəzifəsində çalışırıb.

N.Hüseynli əməkdaşımıza telekanaldan getdiyini nə təsdiq, nə də inkar edib. Bildirib ki, hazırda səhhəti ilə əlaqədar evdə müalicə alır. İndi onun üçün ən önəmlisi budur.

Qeyd edək ki, Nüşabə Hüseynli uzun illərdir mətbuatda çalışır, müxbir vəzifəsindən baş redaktor müavinliyinədək yüksəlib. Tanınmış jurnalist əvvəllər “Zaman”, “Şəhriyar”, “Elita”, “Bizim əsr”, “Günsəhər” qəzetlərində işləyib, “Lider” televiziyasının ilk siması olubş, sonralar bu televiziyada milli-mədəni irsin təbliğinə həsr olunan “Bizim muzey” adlı layihəni gerçəkləşdirib, eyni zamanda həmin televiziyada redaktor kimi fəaliyyət göstərib.

O, son illər “Space” televiziyasının “Hər səhər” proqramının redaktoru vəzifəsində çalışmaqla paralel, qəzetlər və informasiya portalları ilə əməkdaşlıq edir, köşə yazarı kimi fəaliyyət göstərib. Onlarla kitabın redaktorudur. “Televiziya jurnalisikası” kitabının həmmüəlliflərindəndir.
2016-cı il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "əməkdar jurnalist" fəxri adı ilə mükafatlandırılıb.

N.Hüseynli Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olub, 2007-ci ildə “Azərbaycan ədəbi-nəzəri fikrində realizm problemi” adlı namizədlik dissertasiyasını müdafiə edib.
Jurnalistlik fəaliyyətilə yanaşı, 2009-2016-cı illər arası Bakı Slavyan Universitetində pedaqoji fəaliyyət göstərib. Universitetin jurnalistika fakültəsinin “Yeni media və kommunikasiya texnologiyaları” kafedrasının baş müəllimi vəzifəsində çalışıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
06.11.2018
Emalatxanadan sürgünə, sürgündən emalatxanaya - Ələkbər Rzaquliyevin məşəqqətli həyatı
04.11.2018
Deputat nazirin müdafiəsinə qalxdı: “Çox xarici dil bilir, ona görə...”
03.11.2018
Zamirə Hacıyevanın Londonda daş-qaşı müsadirə olundu (FOTOLAR)
02.11.2018
Hüquqşünas Zamirə Hacıyevadan milyonları almağın yollarından danışdı
31.10.2018
Qulu Məhərrəmli: “Reketlərlə hüquq-mühafizə orqanları məşğul olmalıdır”