Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5685

Digər sorğular

İstirahət günlərində səyahətə çıxanların nəzərinə: hava...

17:29  |    13 İyul 2018  |   E-mail  |  Çapa göndər

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, əsasən, axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 29-34, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları günəşli hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında günəşli hava şəraiti olacaq, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin günəşli olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 42 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, hava şəraiti günəşli olacaq, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Dənizdə boğulan 5 nəfər xilas edildi - FHN
15.07.2018
Sabahın HAVA PROQNOZU açıqlandı
14.07.2018
Gəncədə şəhid olmuş polis zabitlərinin ordenləri övladlarına təqdim edilib
14.07.2018
Sabahın hava PROQNOZU
14.07.2018
“Bu saytlara qarşı da ciddi mövqe ortaya qoyulmalıdır” – Fazil Mustafa