Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5689

Digər sorğular

Bakının bəzi ərazilərində işıqforlar işləmir - Rəsmi/Yeni

22:39  |    12 İyul 2018  |   E-mail  |  Çapa göndər

Paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır.

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində yaranan problemlə əlaqədar işıqforlar işləmir.
Bu barədə Publika.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar yol polisi küçələrdə hərəkəti tənzimləyir:

"İşıqforların işləməməsi səbəbindən sıxlığın, yol nəqliyyat hadisələrinin qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə yol polisləri iş başındadır. Sürücülərə işıqforların işləmədiyi yolldarda hərəkət edərkən yol nişanlarını nəzərə almaları tövsiyə edilir".

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev sözlərinə görə isə , həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə svetoforların fəaliyyəti bərpa edilib:
"Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib. Bütün svetoforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür", - deyə o qeyd edib.



Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.07.2018
Elmar Vəliyevi əməliyyat edən həkimin köməkçisi: “Onun vəziyyəti getdikcə...” - AÇIQLAMA
17.07.2018
Sabahın hava PROQNOZU
17.07.2018
Sərhədçilər ilan sancan Alxanlı sakinini xilas etdi
16.07.2018
Oğuzun İcra Hakimiyyəti pullu şəlaləyə aydınlıq gətirdi
16.07.2018
DİM-dən XƏBƏRDARLIQ: Müddət bu gün başa çatır