Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5963

Digər sorğular

“Bu şəxslərin üzərində xəncər və digər kəsici alətlər olduğunu gözləmirdik” - Gəncədə yaralanan polis

20:58  |    12 İyul 2018  |   E-mail  |  Çapa göndər


İyulun 10-da Gəncədə baş verən iğtişaş zamanı xəsarət alan şəhər Baş Polis İdarəsinin post-patrul taborunun qərargah rəisi Samir Bayramov hadisənin təfərrüatlarını danışıb.

APA-nın qərb bürosunun məlumatına görə, S. Bayramov bildirib ki, hər şey gözlənilmədən baş verib: "Qəflətən kəsici alətlərlə, xəncərlərlə üstümüzə cumdular. Asayişi qorumaq üçün müdaxilə etdik və bu zaman xəsarət aldım”.

S. Bayramov qeyd edib ki, Gəncə polisinin rəhbər şəxsləri ilk növbədə hücuma məruz qalıblar: "İğtişaş zamanı bir neçə istiqamətdən kütlə gəlməyə başladı. Gözləməzdik ki, bu şəxslərin üstündən xəncər və digər kəsici alətlər çıxar. Ərazidə dinc əhali, körpə uşaqlar da var idi. Mən özümü müdafiə edərkən sağ ayağımın bud nahiyəsindən zərbə aldım. Xəncər əslində bədənimə doğru istiqamətlənmişdi”.

S. Bayramov ictimai asayişi qorumağın daxili işlər orqanlarının hər bir əməkdaşının vəzifə borcu olduğunu söyləyib: "Ali Baş Komandanın əmri olarsa, biz torpaqlarımızın müdafiəsinə də hazırıq”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Partlayış olan binanın sakinləri harda qalacaq? - İcra başçısının müavini açıqladı
20.11.2018
Yeni icra başçısı rəisi vəzifəsindən azad etdi
20.11.2018
Sabahın hava PROQNOZU
20.11.2018
Hava şəraiti 4 gün qeyri-sabit keçəcək, qar yağacaq - XƏBƏRDARLIQ
20.11.2018
"Şah İsmayıl Xətainin bir tərəfi xristian, avropalı idi” — Professordan açıqlama