Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6141

Digər sorğular

Bu il Dövlət Məşğulluq Xidməti 10 rayonda əmək yarmarkası keçirib

19:24  |    12 İyul 2018  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə ölkənin 10 rayon və şəhərində (Daşkəsən, Naftalan, Qəbələ, İsmayıllı, Şəki, Xaçmaz, Quba, Qax, Neftçala, Bakının Qaradağ rayonu) işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkaları keçirib.

Qaziler.az bildirir ki, yarmarkalarda həmin rayon və şəhərlər üzrə 280 müəssisədən 3 minədək vakant iş yeri təqdim edilib. İşaxtaran və işsiz vətəndaşlara vakant iş yerləri təqdim olunan işəgötürənlərin nümayəndələri ilə birbaşa ünsiyyət imkanı yaradılıb. Bu aktiv məşğulluq tədbirlərində işaxtaran və işsiz vətəndaşlara öz seçimləri üzrə və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndərişlər verilib.

Peşə və ixtisası olmadığından özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə bacarığına uyğun iş olmadığı üçün peşəsini dəyişmək istəyən şəxslər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıb. Ayrı-ayrı şəxslər isə istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə göndərilib.

Respubikanın digər şəhər və rayonlarında da əmək yarmarkalarının təşkili üçün müvafiq işlər aparılır.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.02.2019
"Arzu edirəm ki, belə görüşlər davamlı olsun" - Qarabağ Qaziləri İB-nin sədri Asəf Əliyev
19.02.2019
Nazir şəhid ailələri, qazilər və veteranlarla görüşdü - FOTOLAR
18.02.2019
Sahil Babayevdən pensiya artımı ilə bağlı - Açıqlama
18.02.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uğur-2018” Milli Mükafatına layiq görülüb
18.02.2019
Əlilliyin müəyyən olunması meyarları dəyişdirilir