Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5834

Digər sorğular

Dövlət Komitəsi: “Gəncədəki iğtişaşın dinlə əlaqəsi yoxdur”

12:47  |    11 İyul 2018  |   E-mail  |  Çapa göndər


"Dünən Gəncədə baş vermiş iğtişaşın dinlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq müəyyən qüvvələrdən istifadə edərək buna dini rəng verməyə çalışırlar"

Bunu AzVision.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı ötən gün Gəncədə baş vermiş hadisələrə münasibət bildirərkən deyib.

Komitə rəsmisi bildirib ki, təxribata cəhd edən qrupların göstəriş verənləri xaricdədir. “Bu məsələlər dövlətin müvafiq orqanları tərəfindən ciddi şəkildə araşdırılır. Bütün məsələlər məlum olacaq və hər kəs cəzasını alacaq. Bu hadisə millətə, dövlətə qarşı xəyanətdir, xalqın əleyhinə olan hərəkətdir, Azərbaycanın qüdrətlənməsini, güclənməsini istəməyən, xüsusilə xarici dairələrin və onların yerlərdəki əlaltılarının fitnəkarlığıdır, arxadan vurduqları zərbədir. Məqsəd xalqın rifah halına kölgə salmaq, ölkədə sabitliyi pozmaqdır. Bu, Azərbaycandakı həm siyasi, həm mənəvi, həm psixoloji həyatın sarsıdılmasına yönəldilən hərəkətdir. Bir sözlə, xəyanətdir”.

S.Salahlı qeyd edib ki, Azərbaycandakı tolerantlıq və multikultral yaşayış tərzi və ənənələr həm tarixdən qonşularımıza və digər dövlətlərə məlumdur, həm də Azərbaycanın bu istiqamətdə keçirilən son illərdəki böyük və möhtəşəm beynəlxalq tədbirlərindən bəllidir.

“Dünən Gəncədəki iğtişaş dinlə bağlana bilməz. Sadəcə orada bir sıra dini ruhlu insanlar var ki, onlar adətən belə hallarda müəyyən şüarlardan istifadə edirlər”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Prezident deputatı təltif edib
22.09.2018
Ölünü məhkəməyə çağırdılar - BAKIDA
22.09.2018
"Qaçqınkom"da kadr dəyişiklikləri - Siyahı
22.09.2018
Sabah yağış yağacaq
21.09.2018
Sevil Nuriyevadan əri ilə bağlı paylaşım – Foto