Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6139

Digər sorğular

Dilqəm və Şahbazın girov götürülməsindən 4 il ötür – XİN açıqlama yaydı

16:23  |    11 İyul 2018  |   E-mail  |  Çapa göndər


“Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz şəkildə girov saxlanılması Azərbaycan tərəfinin hiddətinə səbəb olur”.

APA-nın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında deyib.

H. Hacıyev bildirib ki, Ermənistan onların dərhal azad edilməsi barədə tələblərə məhəl qoymur: “Ermənistan bütün beynəlxalq konvensiyaları ciddi şəkildə pozmaqda davam edir. Bu da münaqişənin həlli ilə bağlı danışıqlara və sülh yolu ilə həll prosesinə ciddi zərər vurur. Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün bütün zəruri addımları atacaq”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.02.2019
Azərbaycan və Belarus müdafiə nazirləri görüşüb
17.02.2019
Bakını bombalamağı təklif edən Yevseyev Azərbaycan jurnalistinin sualından qaçdı - VİDEO
17.02.2019
“Məmmədyarovla dəhlizdə salamlaşa bilərik” - Erməni nazir
12.02.2019
Ermənistan və Azərbaycan arasında “buzlar” əriyir – Rus nəşrindən ilginc iddia
10.02.2019
Prezident İlham Əliyev iranlı həmkarını təbrik edib