Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5947

Digər sorğular

Daha bir icra başçısı Elmar Vəliyevə sui-qəsddən DANIŞDI: “Bu cinayətin dinlə heç bir əlaqəsi yoxdur”

20:59  |    10 İyul 2018  |   E-mail  |  Çapa göndər

Gəncə Şəhər İcra Hakimiyyətinin sui-qəsdə məruz qalmış başçısı Elmar Vəliyevlə yaxın münasibətdə olan Tərtərin icra başçısı Müstəqim Məmmədov son günlərin ən çox müzakirə edilən hadisəsi barədə fikirlərini Modern.az-la bölüşüb.

M.Məmmədov Modern.az-a bildirib ki, Elmar Vəliyevə qarşı törədilən cinayətin qiymətini Dövlət Təhlükəsizlik Xidməti verib və onu terror adlandırıb:


“Bu, qara qüvvələrin Azərbaycana qarşı yürütdüyü terror hadisəsidir. Eyni zamanda, başçıya qarşı olan bu hərəkət şəxsi münasibətlər zəmində baş verməyib. Ümumiyyətlə, bu cinayətin dinlə heç bir əlaqəsi yoxdur”.

O, həmkarının səhhətinin yaxşı olduğunu deyib:


“Özüm də maraqlanmışam, əlaqə saxlamışam, yaxşıdır, müalicəsi davam edir. Yəqin ki, yaxın vaxtlarda işinə qayıdacaq”.


Elmar Vəliyevə yaxınlığı ilə tanınan digər həmkarı, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun hazırda İsraildə olduğu bildirilir. İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, Q.Səmədov hazırda məzuniyyətdədir. Bəziləri Qoca Səmədovun Elmar Vəliyeva baş çəkmək üçün İsrailə getdiyini desə də, digərləri səfərin onun özünün səhhətilə bağlı olduğunu bildirir...


Xatırladaq ki, həm Tərtərin hazırki başçısı M.Məmmədov, həm də Yevlax İcra Hakimiyyətinin rəhbəri Q.Səmədov əvvəllər Elmar Vəliyevin tabeliyində işləyiblər. Bu, Elmar Vəliyev Yevlaxda icra başçısı işləyən dövrə təsadüf edir.

M.Məmmədov 2006-cı il tarixədək Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi, 2006-2012-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini vəzifələrində işləyib.

Q.Səmədov isə 2006-2011–ci illərdə başçının I müavini vəzifəsində çalışıb. Həmin illərdə isə (2004-2011) isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev idi.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, iyulun 3-də Elmar Vəliyevi və mühafizəçisini güllələyən 1983-cü il təvəllüdlü, Gəncə şəhərində anadan olmuş Rusiya vətəndaşı Yunis Səfərov tutularaq, tərksilah edilib.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla bağlı görülən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Sahil Babayevin müavini işdən çıxarıldı
13.11.2018
Binəqədidəki yanğınla əlaqədar 46 məcburi köçkün ailəsi kirayə mənzillərdə yerləşdiriləcək
13.11.2018
Qənirə Paşayeva MM-də seçicilərin bir sıra problemlərini qaldırıb
13.11.2018
Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı - Məhkəmə işi
13.11.2018
Şəhid oğluna böhtan atan, Avropada gizlənən “qəhrəmanlar”a CAVAB