Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5689

Digər sorğular

Ermənistanda yeni etirazlar: Polis çadırları dağıtdı

16:35  |    10 İyul 2018  |   E-mail  |  Çapa göndər


Bu gün səhər saatlarında İrəvan polisi bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edərək, onun Eçmiədzin kilsəsindəki dəftərxanasına basqın edən etirazçıları zorla oradan uzaqlaşdırıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, polis həmçinin, etiraz aksiyası iştirakçılarının kilsə önündə qurduğu çadırları da dağıdıb.
Qeyd edək ki, 5 gün öncə II Qareginin kilsədəki dəftərxanasını “ələ keçirən” etirazçılar katolikos istefa verənədək kilsədə qalacaqlarını bəyan etmişdilər.

Xatırladaq ki, erməni apostol kilsəsinin bir sıra keşişlərinin təşəbbüsilə başlayan “Yeni Ermənistan, yeni katolikos” hərəkatının üzvləri artıq bir aydır Eçmiədzin kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin xalqın qarşısına çıxıb indiyədək törətdiyi əməllərə görə cavab verməsini və istefasını tələb edirlər.

Eçmiədzin kilsəsində çalışan keşişlər II Qareginin dini qurumlarda korrupsiyaya şərait yaratdığını, rahiblərin aylarla maaş almadıqlarını, etiraz səslərini qaldırdıqda isə hədələndiklərini bəyan ediblər. Artıq keşişlərə qoşularaq II Qareginə qarşı çıxan ermənilərin sayı durmadan artır. II Qaregin isə istefa vermək niyyətində olmadığını bildirib.

Koçaryan-Sarkisyan cinayətkar cütlüyünə xidmət edən II Qaregin Ermənistanın işğalçılıq siyasətinin əsas ideoloqlarından biri və türk xalqlarının qatı düşmənidir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.07.2018
İsveç də Trampa qarşı çıxdı: Krımı unutdunuz
17.07.2018
“Əsəd uddu” – Amerikalı diplomatdan ilginc İDDİA
17.07.2018
Putindən NATO mesajı: Moskva mənfi reaksiya verə bilər
16.07.2018
ABŞ ordusunu geri çəkəcəkmi? - Suriya oyunu
16.07.2018
PKK Manbici tamamilə tərk etdi