Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5689

Digər sorğular

Ərdoğan Bakıya gəldi

13:00  |    10 İyul 2018  |   E-mail  |  Çapa göndər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

APA-nın "haberler.com"a istinadən verdiyi xəbərə görə, Türkiyə prezidentini Heydər Əliyev hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıb.

Bu, R. T. Ərdoğanın iyunun 24-də keçirilən prezident seçkilərində qələbəsindən sonra ilk xarici səfəridir.

Qeyd edək ki, Türkiyə prezidenti səfər çərçivəsində Bakıda Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək, daha sonra geniş tərkibdə görüş nəzərdə tutulub. Görüşlərdən sonra ölkə başçılarının mətbuat konfransı gözlənilir.

R. T. Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra Şimali Kipr Türkiyə Cümhuriyyətinə yola düşəcək.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.07.2018
“Bunun qarşısı alınmasaydı, Türkiyə parçalanacaqdı” Duqindən sensasiyalı İDDİA
17.07.2018
Polşa: Rusiya təhlükəsi davam edir, NATO...
16.07.2018
PKK Qəndildən Sincara daşınır: ABŞ-ın HİMAYƏSİNDƏ YENİ TERROR YUVASI
16.07.2018
İrandan Vəliyevin güllələnməsinə - Reaksiya
14.07.2018
İlham Əliyev pakistanlı həmkarına başsağlığı verib