Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5689

Digər sorğular

Köçəryan generalları güdaza verir: Qərarı o verdi...

13:36  |    10 İyul 2018  |   E-mail  |  Çapa göndər

Ermənistanda 1 mart hadisələri zamanı tətbiq edilən zorakılıq haqqında əmri prezident yox, müdafiə naziri verib.

Axar.az xəbər verir ki, bu sözlər Ermənistanın eks-prezidenti Robert Köçəryanın “Yerevan Tudey” qəzetinə verdiyi yazılı müsahibədə yer alıb. Onun sözlərinə görə, məhz Ermənistanın keçmiş müdafiə naziri Mikayıl Arutyunyan ordunun etirazçılar üzərinə yeridilməsi haqqında məxfi N0038 əmrini verib:

“Bu, daxili sənəddir və atılan addımlar müdafiə nazirinin səlahiyyətləri çərçivəsindədir. O zaman mövcud olan konstitusiyaya görə, icraedici hakimiyyət müdafiə və təhlükəsizlik sferasında siyasətin reallaşdırılmasını təmin edir, müdafiə naziri prezidentdən icazə almadan hərəkət etmək iqtidarına sahibdir. Müdafiə nazirini öz vəzifəsini yerinə yetirməkdə ittiham etmək absurddur”, – deyə o bildirib.

O, 1 mart hadisələri zamanı silah tətbiq edilmədiyini və ordu bölmələrinin xalqla toqquşmalarda iştirak etmədiyini deyib. Köçəryan həmçinin 2008-ci il seçkisindən sonra hərbçiləri siyasi proseslərdən uzaq tutmağa çalışdığını bildirib. Həmin ilin 23 fevralında silahlı qüvvələrin rəhbər heyəti ilə keçirdiyi görüşdən danışan Köçəryan bunun cəmi yarım saat davam etdiyini bildirib:

“Ordu seçki sonrası proseslərə cəlb edilirdi. Mən ordunun siyasi proseslərə cəlb edilməsinin mümkünsüzlüyünü deyir və generallardan, o cümlədən Yerkrapa təşkilatının rəhbər heyətindən tələb edirdim ki, mövqelərini müəyyən etsinlər”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.07.2018
İsveç də Trampa qarşı çıxdı: Krımı unutdunuz
17.07.2018
“Əsəd uddu” – Amerikalı diplomatdan ilginc İDDİA
17.07.2018
Putindən NATO mesajı: Moskva mənfi reaksiya verə bilər
16.07.2018
ABŞ ordusunu geri çəkəcəkmi? - Suriya oyunu
16.07.2018
PKK Manbici tamamilə tərk etdi