Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5689

Digər sorğular

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb

10:34  |    10 İyul 2018  |   E-mail  |  Çapa göndər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı iyulun 10-da Bakıda birgünlük səfərdə olacaq.

Bu, iyunun 24-də keçirilən prezident seçkisində qalib gələn R.T.Ərdoğanın yeni dönəmdə dövlət başçısı kimi xarici ölkəyə ilk rəsmi ziyarətidir.

Türkiyə prezidenti Bakıda Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edəcək. Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını rəsmi mərasimlə qarşılayacaq. Daha sonra iki ölkənin prezidentləri arasında təkbətək görüş olacaq. Təkbətək görüş başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti R.T.Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olacaq.

Bu tədbirlərdən sonra dövlət başçıları birgə mətbuat konfransı keçirəcək.

R.T.Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra Bakıdan Şimal Kipr Türk Cümhuriyyətinə yola düşəcək. Türkiyə prezidenti Lefkoşada Atatürk Xatirə Kompleksinə çələng qoyacaq. O, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı ilə təkbətək görüşəcək və birgə mətbuat konfransı keçirəcək.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.07.2018
“Bunun qarşısı alınmasaydı, Türkiyə parçalanacaqdı” Duqindən sensasiyalı İDDİA
17.07.2018
Polşa: Rusiya təhlükəsi davam edir, NATO...
16.07.2018
PKK Qəndildən Sincara daşınır: ABŞ-ın HİMAYƏSİNDƏ YENİ TERROR YUVASI
16.07.2018
İrandan Vəliyevin güllələnməsinə - Reaksiya
14.07.2018
İlham Əliyev pakistanlı həmkarına başsağlığı verib