Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6146

Digər sorğular

Paşinyan ölkədən qaçan erməniləri geri qayıtmağa çağırdı

19:09  |    09 İyul 2018  |   E-mail  |  Çapa göndər


"Bizim başlıca məqsədimiz emiqrasiyanı dayandırmaq və ölkəni tərk edənlərin repatriasiyasına nail olmaqdır"

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan apostol kilsəsinin ümumdünya gənclər birliyinin yekun tədbirində deyib.
Yığıncaqda son zamanlar bir qrup əhali tərəfindən istefası tələb olunan bütün ermənilərin katolikosu II Qaregin, həmçinin 20 ölkədəki erməni diasporunun 400-dək gənc üzü iştirak ediblər.

Onlara müraciətində Paşinyan bildirib ki, qoy erməni gəncləri ABŞ, Rusiya, Avropa, Livan, Avstraliya və digər ölkələrdə müvəqqəti qalmağı planlaşdırsınlar. Ermənistana isə müvəqqəti qayıtmaq yox, ölkədə daimi yaşamaq barədə düşünməlidirlər. “Bizim siyasi hakimiyyətin və siyasi fəaliyyətimizin ən vacib məqsədlərindən biri böyük həcmdə repatriasiyanı (vətənə geri dönməyi) stumullaşdırmaqdır”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistan Milli Statistika Xidmətinin 2018-ci il aprelin 1-nə olan statistikasına əsasən, Ermənistanda daimi yaşayan əhalinin sayı 2 milyon 969 min nəfər olub. Ölkə əhalisinin sayı 2017-c ilin müvafiq dövrü ilə müqayisədə 11,6 min nəfər, 2018-ci ilin ilk 3 ayında isə 2800 nəfər azalıb. Buna səbəb isə iqtisadi-sosial vəziyyətlə əlaqədar olaraq Ermənistanı tərk edənlərin getdikcə çoxalması və ölkədə təbii artımın azalmasıdır. Statistikaya görə, hətta Ermənistanın bir sıra kəndləri tam boşalıb və orada adam yaşamır. Bəzi kəndlərdə isə cəmi bir neçə yüz nəfər yaşayır. Ölkədə emiqrasiyanın səviyyəsi o həddə çatıb ki, orduda xidmət etmək üçün gənclər tapılmır.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2019
Ərdoğan-Tramp danışığından dərhal sonra açıqlama
21.02.2019
Türkiyə Ermənistanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirir
21.02.2019
İraq kəşfiyyatı İŞİD-in ən böyük şəbəkəsini aşkarladı
21.02.2019
İran-İsrail savaşı başlaya bilər – Zərif
20.02.2019
Ərdoğan: “Erməniləri deportasiya etməyəcəyik”