Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5837

Digər sorğular

Sarkisyanın qardaşı və qardaşı qızı axtarışa verilib

23:37  |    08 İyul 2018  |   E-mail  |  Çapa göndər


Məhkəmə Levon Sarkisyan barəsində həbs qətimkan tədbiri seçib

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan qeyri-qanuni yolla zənginləşmə və əmlakına dair bəyannamə təqdim etməkdən boyun qaçırmaqda ittiham edilərək barəsində axtarış elan edilib.

Bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir.

Bundan başqa, analoji ittiham üzrə Levon Sarkisyanın qızı Ani Sarkisyan barəsində də axtarış elan edilib.

Məhkəmə Levon Sarkisyan barəsində həbs qətimkan tədbiri seçib, Ani və onun qardaşı Narek barəsində isə ərazini tərk etməmə qərarı çıxarıb.

Qeyd edək ki, Levon Sarkisyan 1998-ci ildən Suriya, Tunis və İordaniya kimi ölkələrdə səfir postunda çalışıb. O, 2010-cu ildən xüsusi tapşırıqlar üzrə səfir kimi fəaliyyət göstərir. Statusuna uyğun olaraq təqdim etdiyi bəyannamələrdə əmlakı və gəlirləri barədə dəqiq məlumatlar əks etdirməlidir.

Qeyd edək ki, iyunun 25-də Serj Sarkisyanın digər qardaşı Aleksandr Sarkisyan qanunsuz silah saxlamaqda ittiham olunaraq həbs edilib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvan seçkiləri bitdi: Seçki pozuntusu, toqquşma...
23.09.2018
Rusiya təyyarəsi belə vuruldu (VİDEO)
23.09.2018
Həsən Ruhani İrandakı teraktda ABŞ izi haqda: "Peşman olacaqlar"
23.09.2018
Hitler və Lenin yarışır
22.09.2018
Tehran terrora görə məsuliyyəti ABŞ-ın üzərinə atdı