Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5833

Digər sorğular

Qaçqın oliqarx intihar etməyib, öldürüblər...

22:25  |    08 İyul 2018  |   E-mail  |  Çapa göndər


Rusiyalı oliqarx Boris Berezovskinin böyük qızı onun atasının ölümünü araşdıran kriminalistlərin apardığı ekspertizanın yeni nəticələri barədə danışıb.

Alman mütəxəssis Bernd Brinkmann iş adamının intihar etməsi versiyasını rədd edir.

Virtualaz.org xəbər verir ki, “Qordon” nəşrinə müsahibəsində Yelizaveta Berezovskaya etiraf edib ki, əvvəlcə o, ingilis kriminalistlərə etimadla yanaşıb. Onlar yarım il ərzində oliqarxın ölüm faktını araşdırıblar və belə nəticəyə gəliblər ki, Berezovski özünə qəsd edib.

Rəfiqələrindən biri ona daha bir ekspertiza keçirməyi təklif edib. Bundan sonra qadın məşhur alman məhkəmə-tibb eksperti Bernd Brinkmana müraciət edib. Həmin kriminalist vatikanlı bankir Roberto Kalvenin ölümünün əsl səbəbini ölüm faktından 15 il sonra açıqlaya bilmişdi.

Yelizaveta Almaniyaya uçub və əlində olan bütün sənədləri ekspertə verib. Az keçmiş ekspert qadına zəng edərək, təcili geri qayıtmasını xahiş edib.

“Burada hadisənin intihar olmasını göstərə biləcək heç bir şey yoxdur. Təcili gəl!” – qadın Brinkmanla söhbətini xatırlayır.

Bunsan sonra məhkəmə-tibb eksperti ingiltərəli xəfiyyə ilə görüşərək gəldiyi nəticələr barədə danışıb. Eyni zamanda, oliqarxın ölümünün təfərrüatlarının dəqiq müəyyənlişdilrilməsinin qeyri-mümkünlüyü haqqında qərar çıxarmış məhkəmədə çıxış edib.

Berezovskaya deyir ki, oliqarxın mühafizəçisinin davranışı ilə bağlı məlumat alandan sonra onda atasının intiharı ilə əlaqədar şübhələr yaranıb. Həmin gün peşəkar “Mossad” əməkdaşı Avi qəflətən şəhərə qəhvə içməyə yollanıb. Öz yerinə isə heç bir mühafizəçini təyin etməyib və videokameraları işə salmayıb. Qayıtdıqdan sonra o, hamam otağının qapısının bağlı olduğunu görüb. Qapını sındırmayıb, bunun əvəzinə Berezovskinin köməkçisinə zəng edib.

Məşhur iş adamı Boris Berezovski 2001-ci ildə Böyük Britaniyaya mühacirət edib. Həyatının sonuna yaxın o, faktiki olaraq müflisləşmişdi və qorxunc psixoloji vəziyyətdə idi. Sahibkarın cəsədi 2013-cü ildə yaşadığı evin hamam otağında aşkarlanıb.

Oliqarxın ölümünün dəqiq səbəbləri məlum deyil. Onun meyitinin yanında şarf tapılsa da, zorakılıq əlamətləri müəyyən edilməyib. Ölümündən sonra məlum olub ki, Berezovski varislərinə 3 milyard 275 milyon rubl həcmində borc miras qoyub.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Tehran terrora görə məsuliyyəti ABŞ-ın üzərinə atdı
22.09.2018
Putin Bakıda dünya çempionatını izləyəcək
22.09.2018
Türkiyə ordusu bir həftədə 56 terrorçu zərərsizləşdirdi
22.09.2018
İranda hərbi paradda terror: çox sayda ölən və yaralı var - VİDEO - YENİLƏNİB
22.09.2018
Xanımlar Putinə aman vermədi...- Video