Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5827

Digər sorğular

Bakıda özəl qəbiristanlıq yaradılıb - Qəbir yerləri neçəyədir? - VİDEO

17:44  |    08 İyul 2018  |   E-mail  |  Çapa göndər


Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi deyilən ərazidə özəl qəbiristanlıq fəaliyyət göstərir.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edirlər ki, bu qəbiristanlıq sahibkara məxsusdur və burada dəfn xərcləri dövlət və bələdiyyə məzarlıqlarından xeyli bahadır.

Məhəmməd adlı bir şəxs isə iddia edir ki, bu məzarlıqda qəbir yerləri üçün konkret qiymətlər qoyulub.

Qəbiristanlığın sahibi kimi adı hallanan Hacı Balağa adlı şəxs ilə də əlaqə saxladıq. O, qəbiristanlığın ona yox, başqasına məxsus olduğunu bildirsə də, burada məzar yerinin pullu olduğunu təkzib etmədi.

Bakı Şəhəri Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən "Xəzər Xəbər"ə bildirdilər ki, Hövsan qəsəbəsində yalnız Dədə Qorqud qəbiristanlığı onların balansındadır. Suraxanı Rayon İcra Hakimiyyətindən isə məlumat verildi ki, sözügedən qəbiristanlıq nə onların, nə də ərazi bələdiyyəsinin tabeçiliyindədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İcra Hakimiyyətinə pul ayırdı
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Sabahın hava PROQNOZU
18.09.2018
Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır - VİDEO
18.09.2018
Prezident Biləsuvara getdi