Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6139

Digər sorğular

Moskvadan Bakıya yaşıl işıq: Qarabağ bu yolla...

02:37  |    08 İyul 2018  |   E-mail  |  Çapa göndər

Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planından başqa yolla həlli qeyri-mümkündür.

Bu sözləri Axar.az-a Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin erməni həmkarı Armen Qriqoryanla görüşünü şərh edən millət vəkili Rasim Musabəyov deyib. Deputat bildirib ki, Rusiya vaxtilə mərhələli həll planının müəllifi olub:

“Vladimir Kazimirov hələ 1997-ci ildə Minsk Qrupunun həmsədri kimi bu təkliflə çıxış etmişdi. Sadəcə olaraq, ermənilər sonradan mərhələli həll planının əleyhinə çıxdılar. Ancaq bu məsələyə realist yanaşan hər bir siyasətçi və diplomat anlayır ki, indiki mərhələdə məsələnin başqa yolla həlli mümkün deyil. Ya münaqişə dondurulur və bu vəziyyət sonda müharibəyə aparıb çıxarır, ya da Qarabağ məsələsi mərhələli həll planı üzrə çözülür”.

Qeyd edək ki, Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev erməni həmkarı Armen Qriqoryanla görüşüb. O görüşdə bildirib ki, Rusiya bütün tərəflərin maraqlarını nəzərə almaqla, Dağlıq Qarabağ konfliktinin sülh və mərhələli şəkildə həllinə sadiqdir.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.02.2019
Ermənistan silahlı bölmələri atəşkəsi 26 dəfə pozub
03.01.2019
Türkiyədə azərbaycanlı damarlarını kəsib özünü hotelin eyvanından atdı
17.12.2018
Vergi məcəlləsində diyişiklik (VİDEO)
17.12.2018
Mübarizə "qatil" deyən psixoloqla bağlı Mədət Quliyevə MÜRACİƏT EDİLDİ: DTX...
10.12.2018
Türkiyənin desant qoşunları Suriyaya doğru hərəkət edir