Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5947

Digər sorğular

İstirahət gününün HAVA PROQNOZU açıqlandı

21:28  |    07 İyul 2018  |   E-mail  |  Çapa göndər

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-34° isti, Bakıda gecə 24-26° isti, gündüz 30-32° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeronun Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənə şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti təşkil edəcək.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Sahil Babayevin müavini işdən çıxarıldı
13.11.2018
Binəqədidəki yanğınla əlaqədar 46 məcburi köçkün ailəsi kirayə mənzillərdə yerləşdiriləcək
13.11.2018
Qənirə Paşayeva MM-də seçicilərin bir sıra problemlərini qaldırıb
13.11.2018
Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı - Məhkəmə işi
13.11.2018
Şəhid oğluna böhtan atan, Avropada gizlənən “qəhrəmanlar”a CAVAB