Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6146

Digər sorğular

Çimərliyə gedənlərə xəbərdarlıq: yüksək dalğalanma...

03:47  |    07 İyul 2018  |   E-mail  |  Çapa göndər

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, ötən günlərlə müqayisədə havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 26-31, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında günəşli hava şəraiti olacaq. İyulun 7-də qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, yağmursuz hava şəraiti müşahidə olunacaq. İyulun 7-dən iyulun 8-i gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

"Küləkli hava şəraiti dənizdə yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar əhalini çimərliklərdə ehtiyatlı olmağa çağırırıq", - nazirlikdən bildirilib.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2019
Deputat “qanuni oğru”lara rəğbətdən narazıdır - cəmiyyət niyə onları qəhrəman edir?
22.02.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iki TƏYİNAT
21.02.2019
“Laçın” tankeri suya buraxılıb - VİDEO
21.02.2019
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının ildönümü ilə bağlı tədbir keçirilib
21.02.2019
Əfqanıstanda həlak olanların ailələrinə verilən təqaüd artırılıb