Qum adasının sahilboyu akvatoriyasında kütləvi balıq ölümü müşahidə olunub.

Baxış zamanı balıqların sivriburun kefalın körpələri olduğu məlum olub.
Balıq nümunələri üzərində aparılan ümumi bioloji, morfoloji və fizioloji analizlərin nəticələrinə görə, götürülən nümunələrdə infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib.
Balıqların yaşadığı mühitdən götürülən su nümunələrinin fiziki-kimyəvi parametrləri üzərində də analizlər aparılıb. Analizlərin nəticələrinə görə nümunələr götürülən günü balıqların yaşadığı mühitdə suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək (suda həll olmuş oksigenin miqdarı 1.5–4.0 mq/litrə-dək (norma-6 mq/litr)) azalması və balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmaması kefal balığı körpələrinin kütləvi tələfinə səbəb olub.
Qeyd edək ki, qeyri-optimal yaşama şəraiti daha həssas olan kefalın əsasən körpə balıqlarına təsir göstərib.
Sosial şəbəkələrdə paylaş
Bölməyə aid digər xəbərlər