Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5689

Digər sorğular

Bu ilin I yarısında 1600-ə yaxın gənc peşə hazırlığına cəlb edilib

16:38  |    06 İyul 2018  |   E-mail  |  Çapa göndər


Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1587 nəfər əmək bazarında rəqabət qabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

Nazirlikdən Qaziler.az-a verilən xəbərə görə, onlardan 1501 nəfər üçün nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib.

Kurslarda modul tədris proqramlarından da istifadə olunmaqla dülgər-xarrat, əməliyyatçı mühasib, elektrik-qaz qaynaqçısı, kompüter istifadəçisi, avtomobil təmiri üzrə çilingər, qənnadçı, dərzi, bərbər, xalçaçı, ofisiant, toxucu, tornaçı, mebel quraşdırıcısı və s. peşələr öyrədilib. Hazırda onlardan bir sıra peşə kursları davam etdirilir.

Qeyd olunan dövrdə 86 nəfər gənc isə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub. Mərkəzdə həmin gənclər müxtəlif peşələr üzrə bilik və bacarıqlara yiyələnməklə yanaşı, peşə təlimi müddətində onların sosial reabilitasiya yönümlü müxtəlif tədbirlərə cəlb olunması, tətbiqi sənətlə məşğul olanların əl işlərindən ibarət sərgilərin təşkili və s. işləri də aparılır.

Gənclərin əmək bazarının tələblərinə uyğun peşə və ixtisas seçiminə dəstək məqsədilə Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin yanvar-iyun aylarında keçirilən peşəyönümü tədbirlərinə əksəriyyəti yuxarı sinif şagirdləri olan 69,2 min nəfər gənc cəlb olunub. Onlara əmək bazarında peşə və ixtisaslara olan tələbat, məşğulluq xidmətləri barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.07.2018
Yetkinlik yaşına çatmayan uşaqlar üçün yoqa dərsləri keçirilir
16.07.2018
ƏƏSMN və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İB arasında Memorandum imzalanıb
14.07.2018
Sahil Babayev: "Pensiya təyinatı sahəsində ciddi qanunsuzluqlar aşkarlanıb"
13.07.2018
Sahil Babayev İranın səhiyyə, müalicə və tibbi təhsil naziri ilə görüşüb
13.07.2018
Saxta və yanlış əlillik təyinatları alan şəxslərə pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb