Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5835

Digər sorğular

6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulunda YENİLİK

16:37  |    06 İyul 2018  |   E-mail  |  Çapa göndər


6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin I sinfinə müsabiqəsiz qəbul ediləcək.

Belə ki, Prezident İlham Əliyev ““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Fərman imzalayıb.

Dəyişikliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

Ümumilikdə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üzrə 2 406 nəfər 6 yaşı tamam olmayan uşaq üçün müraciət daxil olub.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a bildirlib ki, həmin uşaqların valideynləri artıq mektebeqebul.edu.az elektron sistemi vasitəsilə şəxsi kabinetə daxil olaraq məktəb seçimi edə bilərlər.


Qeyd edək ki, indiyədək xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu iyun-iyul ayları ərzində müsahibə üsulu ilə aparılırdı.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Kərbəla və Qarabağ şəhidləri anılıb
23.09.2018
Bakıda daha bir yol çökdü - FOTO
23.09.2018
"Azərişıq: Hava şəraiti ilə bağlı yaranan fəsadlar aradan qaldırılıb
23.09.2018
Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək? - AÇIQLAMA
23.09.2018
“Vikipediya”da Azərbaycanın qəhrəman oğlu Raquf Orucov haqqında ingilis dilində MƏQALƏ