Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5965

Digər sorğular

Günvurmadan özünüzü qoruyun - İlkin tibbi yardım necə göstərilməlidir?

18:29  |    06 İyul 2018  |   E-mail  |  Çapa göndər


Havaların isti keçməsi ilə əlaqədar may ayından iyulun 1-dək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə günvurma diaqnozu ilə 49 nəfər müraciət edib.

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edən şəxslərin 21-nə ambulator yardım göstərilib, 28-nə isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib.

Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentindən bir neçə gündür, əhaliyə xəbərdarlıq edilir.
Bu isə günvurma hallarını istisna etmir.

Günvurmadan qorunmaq üçün nə etməli?

Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən terapevt Mətanət Cəfərovanın sözlərinə görə, günvurma zamanı doğru müdaxilə edilməzsə ölümlə belə nəticələnə bilər:

"İlk olaraq qeyd edim ki, günvurma halları ilə yanaşı istivurma halları da baş verə bilər. Günvurma günəş şüalarının altında çox qalmaqdan baş verirsə, hava çox isti olan zaman nəqliyyatda, bağlı mühitdə havalandırma yaxşı olmadığı zaman istivurma halları qeydə alınır”.

Mütəxəssis günvurmanın əsasən 5 yaşından aşağı uşaqlar, hamilələr və 65 yaşından yuxarı insanlar üçün təhlükəli olduğunu bildirib:

"Şəkər, təzyiq, xərçəng, böyrək xəstələrində daha tez günvurma halları baş verir. Həmçinin düzgün qidalanmayıb pəhriz saxlayan insanlarda da daha tez güvurma halı müşahidə edilə bilər. Günvurmanın da dərəcələri var. Yüngül, orta, ağır. Yüngül dərəcədə xəstədə ürək bulanma, ürəyin tez-tez döyünməsi, orta dərəcədə qusma, hədsiz zəiflik, ürəkgetmə halları yarana bilər. Ağır dərəcə isə hətta ölümlə nəticələnə bilər. Günvurma xəstədə koma vəziyyətinə də səbəb ola bilir”.

Bəs belə hallarda xəstəyə ilk tibbi yardım necə edilməlidir?

Mətanət xanım ilkin yardım olaraq xəstənin sərin yerə çəkilməli olduğunu qeyd edib:

"Ondan sonra sərin su verilməlidir. Arterial təzyiq, ürək döyüntülərinin sayına diqqət göstərmək lazımdır. Stabildirsə, qorxu yoxdur. Əgər normadan az və ya çoxdursa təcili yardım çağırmaq lazımdır. Xəstə dar, isti geyimdədirsə azad etmək lazımdır. Həmçinin iri damarlar keçən yerlərə soyuq kompres etmək lazımdır. Bu hissələr qasıq nahiyəsi, qoltuqaltı, boyundan keçən damarlar nəzərdə tutulur. Açıq havada baş veribsə, xəstə kölgəyə aparılmalıdır”.
Həkim səhər saat 11-17:00 arası açıq havada olmağın zərərli ola biləcəyini deyib. Çünki bu saatlarda günvurma halları daha çox baş verir.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
11.11.2018
Böyrəkləri qoruyan 8 QİDA
05.11.2018
Bu əlamətlər xəstəlikdən xəbər verir
04.11.2018
Qablaşdırılmış meyvə şirələri ölüm riskini artırır - Araşdırma
03.11.2018
Feyxoanın 10 müalicəvi xüsusiyyəti
29.10.2018
Alkoqol, nikotin, kofein, duz və suyun insan üçün öldürücü dozaları