Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5833

Digər sorğular

Çavuşoğludan ABŞ-a cavab: Qarşılığını görəcəklər!

13:11  |    06 İyul 2018  |   E-mail  |  Çapa göndər


ABŞ-ın İran barədə atdığı addımları düzgün hesab etmirik. Yeni administrasiya “anlaşmadan çəkilirəm” dedi, ancaq AB ölkələri və İran bunu davam etdirmək istəyir.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“ABŞ əlavə sanksiyalar tətbiq edir. “Verdiyim qərara digər ölkələr də əməl etməlidir” deyir. Bu cür ola bilməz. Artıq bu iş belə davam etməz. S-400 alırsan, “sanksiya tətbiq edərəm” deyir. Tətbiq etsəniz, qarşılığını da görərsiniz. Belə bir münasibət istəyirsinizsə, bu sizin seçiminizdir. İran kimi bir ölkənin küncə sıxışdırılması doğru deyil. İsrailin tələbi ilə İran üçün qəbul edilən qərarları doğru hesab etmirik. Cənab prezidentimiz bunu qəti şəkildə bildirdi. Biz bölgəmizdə gərginlik istəmirik. Hazırda ABŞ-ın aldığı qərarlara sadəcə biz deyil, AB-yə üzv ölkələr də qarşı çıxır. Şirkətlər bundan narahat ola bilər. Ancaq AB üzvü ölkələr və bir qurum kimi AB-nin özü ABŞ-ın qərarlarına qarşıdır. Bunu qəti bir şəkildə söyləyirlər”, - Çavuşoğlu bildirib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Tehran terrora görə məsuliyyəti ABŞ-ın üzərinə atdı
22.09.2018
Putin Bakıda dünya çempionatını izləyəcək
22.09.2018
Türkiyə ordusu bir həftədə 56 terrorçu zərərsizləşdirdi
22.09.2018
İranda hərbi paradda terror: çox sayda ölən və yaralı var - VİDEO - YENİLƏNİB
22.09.2018
Xanımlar Putinə aman vermədi...- Video