Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6146

Digər sorğular

Genişmiqyaslı təlimlərin yekun müşavirəsi keçirilib

16:43  |    06 İyul 2018  |   E-mail  |  Çapa göndər


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirakı ilə genişmiqyaslı təlimlərin yekunlarına dair xidməti müşavirə keçirilib.

Qaziler.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlar və təlim sahələrində gündüz və gecə vaxtı keçirilən genişmiqyaslı təlimlərin nəticələrini təhlil edərək general-polkovnik Z.Həsənov bildirib ki, qoşunlar gizli şəkildə əsas istiqamətlər üzrə cəmləşərək gecə irimiqyaslı hücum əməliyyatlarını uğurla yerinə yetiriblər.

Müdafiə naziri qeyd edib ki, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

General-polkovnik Z.Həsənov belə təlimlərin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçirilib.

Təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2019
Deputat “qanuni oğru”lara rəğbətdən narazıdır - cəmiyyət niyə onları qəhrəman edir?
22.02.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iki TƏYİNAT
21.02.2019
“Laçın” tankeri suya buraxılıb - VİDEO
21.02.2019
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının ildönümü ilə bağlı tədbir keçirilib
21.02.2019
Əfqanıstanda həlak olanların ailələrinə verilən təqaüd artırılıb