Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5827

Digər sorğular

ERMƏNİSTAN ABŞ-dan DƏSTƏK ALMAĞA ÇALIŞIR –Paşinyanın səfir Riçard Millzlə görüşü yeni müzakirələrə yol açıb - TƏHLİL

17:29  |    05 İyul 2018  |   E-mail  |  Çapa göndər

Baş nazir Nikol Paşinyan ABŞ-ın Müstəqillik günü münasibətilə bu ölkənin səfirliyini ziyarət edib və səfir Riçard Millzlə söhbətləşib.

Təbriklərdən əlavə, Paşinyan həmçinin hökumətin Ermənistan-ABŞ əməkdaşlığını, o cümlədən investisiya sahəsində genişləndirməyə hazır olması haqqında danışıb.

Səfir Millz də Ermənistana dəstək verməyə, texniki və maliyyə yardımı göstərməyə hazırlığı ifadə edib.

Ermənistan-ABŞ dialoqu, aydındır ki, yeni hökumətdən daha geniş impuls və dinamika tələb edir və səfir Millz Baş naziri qəbul edərək, mahiyyətcə buna işarə vurub.

Bu mənada, erməni hökuməti ABŞ-la müxtəlif müzakirələr istiqamətində atılan öz işçi addımlarını daha intensiv etməlidir. Çünki ABŞ, Ermənistanın məxməri keçid prosesinin, o cümlədən təhlükəsizlik nöqteyi-nəzərindən kapitallaşmasının həlledici istiqamətlərindən biridir.

Digər tərəfdən, hökumətin hazırlığından danışarkən Nikol Paşinyan, mahiyyətcə, bizim hüquq-mühafizə orqanlarının kifayət qədər dinamik və praktik aktiv fəaliyyəti formasında müşahidə etdiklərimizi təsdiqləyir. Korrupsiya mexanizmlərinin sökülməsi, açılması və məsuliyyət daşıyanlarla bağlı işlər aparılır. İlk baxışda bunun Ermənistan-ABŞ münasibətlərilə birbaşa əlaqəsi yoxdur, lakin digər tərəfdən, bu, həmin münasibətlərin və bütövlükdə Qərblə münasibətlərin əsası olmalı idi. Bu əsas qanunçuluq və qanun, bütün sahələrdə rəqabət üçün azad imkanların yaradılması, imtiyazlı təbəqənin neytrallaşdırılması və ortadan qaldırılması olmalıdı.

Nəhayət, Ermənistanın Qərblə münasibətlər gündəliyinin bir hissəsi məhz bu olub, böyük ölçüdə, bu olaraq da qalmaqdadır. Bu istiqamətdə münasibətlər inkişaf etməlidir. Bu mənada, böyük ölçüdə hökumətin Qərb istiqamətində atdığı addımların yetərsizliyilə bağlı narahatlıq planında deməliyik ki, Ermənistanın Qərb siyasəti praktiki olaraq Ermənistan ərazisinə köçürülür və burada baş verir. Və biz bu barədə hətta öncəki hökumət dövründə, 2017-ci ilin noyabrında yeni Ermənistan-AB çərçivə anlaşması imzalanarkən danışa bilərdik. Bu, Ermənistan məsələsində geopolitik konsensus idi və böyük hesabla, onun “oriyentasiyası” məsələsindən çıxarılıb, Ermənistanın daxili keyfiyyət islahatları probleminə çevrilməsi idi. Bunun əsasında da Ermənistanın regional missiyası və rolu durur. Sonda, bu illərin gedişi göstərdi ki, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Qarabağ hərəkatının başlanğıcından başlayaraq, deyəsən, bu missiya və rola yenidən baxış olmamalıdır və o, geopolitik meydançada yalnız hakimiyyət mərkəzləri arasında səsləndirilməyən konsensusun predmeti ola bilər. Çünki geniş mənada bu, artıq Ermənistanın məsələsi deyil, regional balans məsələsidir.

Eyni zamanda, mahiyyətcə parazitlik məntiqini rəhbər tutan, öz rolunu hakimiyyət mərkəzlərilə kiçik alver predmetinə çevirməyə cəhd edən, dividentlər qazanan Ermənistan olaraq bu rolun daşıyıcısı olmaq bir şeydir, öz rolunu öz səyləri, keyfiyyət dəyişiklikləri, həyat və rəqabət qabiliyyətinin artması, öz yeni görünüşü ilə “qazanan” Ermənistan olaraq bu rolun daşıyıcısı olmaq isə tamamilə başqa bir şeydir. Yəni, öz rolunu “icarəyə vermə”yə cəhd edən deyil, öz roluna görə məsuliyyət daşıyan Ermənistan olmaqdan söhbət gedir. Həm də buna görə, nə zaman ki biz Ermənistanda dəyişikliklərin başlaması haqqında məsələyə baxırıq, bu, çıxış nöqtəsi olmalıdı. 2016-cı ilin aprelində baş verən dörd günlük müharibə dövründə cəmiyyət göstərdi ki, bu ölkənin sahibi məhz odur və geopolitik mərkəzlərin ona forpost və ya cib dövləti kimi deyil, məhz belə baxaraq bu ölkədə konsensusa gəlməkdən başqa alternativi yoxdur.

Tərcümə Strateq.az-ındır
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var
28.07.2018
Paşinyan: “Türkiyə ilə şərtsiz əlaqələr qurmağa hazırıq” - Sensasiyalı müsahibə
26.07.2018
Köçəryan istintaqa ifadə verir