Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5954

Digər sorğular

Ehsan Zahidov: “Yunis Səfərov zərərsizləşdirilərkən xəsarət alıb”

20:12  |    05 İyul 2018  |   E-mail  |  Çapa göndər


"Gəncədə ağır cinayət törədən Yunis Səfərov tutulduqdan sonra heç bir işgəncəyə məruz qalmayıb".

Bunu APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib:

“O ki, qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı cinayətkar polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir. Bir daha qeyd edirəm ki, Yunis Səfərov zərərsizləşdirilərək saxlanıldıqdan sonra ona heç bir işgəncə verilməyib”.

Qeyd edək ki, sosial şəbəkələrdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisinə silahlı hücum edən Yunus Səfərovun polis əməkdaşları tərəfindən tutulduqdan sonra işgəncəyə məruz qalmasını özündə əks etdirən fotosu yayılıb. Fotonu yayanlar iddia edir ki, Y. Səfərov tutulduqdan sonra işgəncələrə məruz qalıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Qol.az-ın 10 yaşı oldu
17.11.2018
Abel Məhərrəmova daha bir zərbə: oğlu da vəzifəsini itirir
17.11.2018
Azərbaycanda Milli Dirçəliş Günüdür
16.11.2018
Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE
16.11.2018
Adil Əliyevdən 30 min istəyən icra başçısı kimdir? - Deputatdan açıqlama