Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5962

Digər sorğular

“Şər ikilisi” Azərbaycana qarşı – İran və Ermənistandan məkrli addım

18:41  |    05 İyul 2018  |   E-mail  |  Çapa göndər


Dağlıq Qarabağ münaqişəsi ortaya çıxandan sonra İran rəsmi qaydada Ermənistana dəstək verməyə başladı.

İki ölkə arasında baş verən bu yaxınlaşma Azərbaycanın maraqlarına cavab vermir. Bunu hər kəs bilir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.

Lakin politoloq indiki məqamlarda ikitərəfli münasibətlərdə müəyyən istisnaların ola biləcəyi ehtimalından da danışıb:

“Ermənistandakı mövcud hakimiyyətin mahiyyətinə baxsaq, onun İranla yaxınlaşmaya nə qədər önəm verəcəyi bir qədər şübhəli görünür. Məlumdur ki, Serj Sərkisyan iqtidarının İranla çox yaxın münasibətləri vardı. Bu münasibətlər təkcə diplomatik dəstəklə ölçülmürdü. Bu, iqtisadi münasibətləri də özündə təcəssüm etdirirdi. Sərkisyan iqtidarı paralel olaraq, Rusiyaya da yaxın idi.

Bu, danılmaz faktdır ki, Ermənistan Rusiyanın əyalətidir. Amma indi Ermənistanda Qərbin maraqlarını əks etdirən dəyişiklik prosesi gedir, yeni hakimiyyət formalaşır. Nikol Paşinyanın başçılıq etdiyi bu hakimiyyətin Rusiyaya qarşı münasibəti o qədər də isti deyil. Rusiya da bu dəyişikliyi öz maraqlarına uyğun hesab etmir. Qərb isə Ermənistanın yeni hakimiyyətinə üstünlük verir, güzəştlər etməyə çalışır”.

Vüqar Zifəroğlu qeyd edib ki, İranın ABŞ-ın kəskin təzyiqləri qarşısında olduğu vaxtda Ermənistanın İranla təhlükəsizlik sahəsində birgə əməkdaşlığa dair anlaşma əldə edəcəyinə şübhəylə yanaşır: “Ən az Qərb bu məsələyə isti yanaşmayacaq. Paşinyan iqtidarı da hazırda əsasən, Qərbin diqqətini özünə cəlb etməyə çalışır. Buna görə də hesab etmirəm ki, təhlükəsizlik məsələsi gündəmdə qalacaq. Amma bu bilinən faktdır ki, İran və Ermənistan arasında yaxın münasibətlər var. İran həmişə bölgədəki və digər maraqlarından irəli gələrək Ermənistana qahmar çıxır”.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri David Tonoyan və İranın İrəvandakı səfiri Seyid Məhəmməd Səccadi arasında təhlükəsizlik sahəsində birgə əməkdaşlıq məsələsi müzakirə edilib.

Ermənistan KİV görüşdən sonra rəsmi İrəvanın ölkənin təhlükəsizliyini İrana həvala edəcəyi məsələsini gündəmə gətirib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Nikol Paşinyan: “Biz Azərbaycana iki Ramil Səfərovu necə qaytaraq”
20.11.2018
Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
20.11.2018
Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib
19.11.2018
Həsən Ruhani: Azərbaycanla münasibətlərimizi heç kim poza bilməz
19.11.2018
Ərdoğan və Putinin saat yarımlıq təkbətək görüşü