Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5687

Digər sorğular

Müşavirədən sonra kimlər cəzalanacaq? – Millət vəkili

10:10  |    05 İyul 2018  |   E-mail  |  Çapa göndər


Ümid edirik ki, cənab Prezidentin müşavirəsində başını aşağı salıb duran bəzi məmurlar dövlət başçısının sərt tənqid və xəbərdarlığından nəticə çıxaracaq.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva qeyd edib. O bildirib ki, prezident xalqın həmin məmurlara demək istədiklərinin hamısını onlara ciddi narazılıq və sərt xəbərdarlıqla söylədi:

“Prezident İlham Əliyev hər zaman söylədiyi “biz hamımız - məmurlar, millət vəkilləri xalqın xidmətçiləriyik” yanaşmasını bu müşavirədə də ortaya qoydu. Görünən budur ki, məsələ təkcə tənqidlə bitməyəcək, ölkənin enerji sistemində yaranan problemin səbəbkarları qanun qarşısında cavab verəcəklər. Cənab Prezident bunu çox ciddi məsələ kimi qeyd etdi və irəli sürülən səbəbləri əsaslı hesab etmədiyini açıq şəkildə bildirdi. “Azərenerji” sədrinin qəzanın səbəbləri ilə bağlı açıqlamasına isə ən gözəl cavabı cənab Prezident verdi. “Utanmalısınız”, - dedi. “Utanmalısınız xalq və ölkə qarşısında. Xalqa nə qədər əziyyət verdiyinizdən utanmalısınız”, - dedi. Cənab Prezident vətəndaşlara təşəkkürünü xüsusi vurğuladı. Kritik zamanda öz işinin öhdəsindən peşəkarlıqla gələn qurumları da qeyd etdi”.

Millət vəkili bildirib ki, müşavirədə çox ciddi mesajlar vardı:

“Bu müşavirə, əslində, bütün qurumlara bir xəbərdarlıq idi. Cənab Prezidentin insanlarımızın qəza ilə bağlı üzləşdiyi problemlərin qısa zamanda həlli tapşırıqlarını bəzi qurumların tezliklə həll etməsi lazımdır. Təşəkkürlər, cənab Prezident. Hər zaman olduğu kimi, bu müşavirədə də xalqın mənafeyinin hər şeydən üstün olduğunu ortaya qoydunuz”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.07.2018
Oğuzun İcra Hakimiyyəti pullu şəlaləyə aydınlıq gətirdi
16.07.2018
DİM-dən XƏBƏRDARLIQ: Müddət bu gün başa çatır
15.07.2018
Dənizdə boğulan 5 nəfər xilas edildi - FHN
15.07.2018
Sabahın HAVA PROQNOZU açıqlandı
14.07.2018
Gəncədə şəhid olmuş polis zabitlərinin ordenləri övladlarına təqdim edilib