Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5698

Digər sorğular

XİN Alxanlı hadisəsinin ildönümü ilə əlaqədar bəyanat yayıb

15:46  |    04 İyul 2018  |   E-mail  |  Çapa göndər


XİN 2 yaşlı Zəhranın Ermənistan silahlı qüvvələri tərəfindən öldürülməsinin ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci il 4 iyul tarixində işğal olunmuş Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülməsi, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanması ilə nəticələnən hadisənin ildönümü münasibətilə bəyanat yayıb.

Qaziler.az-ın xəbərinə görə, bəyanatda deyilir ki, mərminin atəş trayektoriyası, Alxanlı kəndində hərbi hədəflərin və ya hərbi zərurət doğuran hər hansı obyektin olmaması açıq şəkildə göstərir ki, Ermənistan silahlı qüvvələrinin məqsədi qəsdən mülki insanların öldürülməsi olub:

“Körpə uşağın və yaşlı qadının qəsdən öldürülməsi alçaqlıq, şərəfsizlik, və qorxaqlıqdır. Keçən bu müddət ərzində Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən baş vermiş bu hərbi cinayətin araşdırılması istiqamətində hər hansı addım atılmayıb, əksinə, bu terror əməlinə bəraət qazandıran bəyanatlar səsləndirilib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Azərbaycan ərazilərinin işğalı nəticəsində Ermənistan tərəfindən çoxsalı hərbi cinayətlər, bəşəriyyət əleyhinə cinayət əməlləri, o cümlədən Xocalı soyqırımı törədilib. Ermənistanın bu kimi əməlləri beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə konvensiyaları üzrə öhdəliklərinin kobud şəkildə pozulmasıdır. Bütün bunlar onu göstərir ki, Ermənistan silahlı qüvvələri tərəfindən mülki insanların hədəfə alınması və öldürülməsi təsadüfi və ya sıradan hallar deyil, sistematik xarakter daşıyır və silahlı qüvvələrin təlim prosesinə daxil edilmiş dövlət siyasətidir. Cəzasızlıqla üzləşən Ermənistan qarşısında bu kimi cinayətləri törətmək üçün mənəvi, siyasi və ya hüquqi məhdudiyyətlər yoxdur. 2016-cı ilin aprel hadisələri zamanı Ermənistan silahlı qüvvələri təmas xətti boyunca mülki insanları və obyektləri hədə alaraq eyni əməlləri törətməyə cəhd göstərdi. Lakin Azərbaycan silahlı qüvvələrinin qəti və peşəkar əks-həmlə tədbirləri nəticəsində layiqli cavabını aldı. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqda davam edir. Bu təhlükənin qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmalıdır. Yüksək döyüş qabiliyyətinə və mənəvi-əxlaqi dəyərlərə malik olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərinin müdafiəsi, mülki insanların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.07.2018
Ermənilər mövqelərimizi atəşə tutub
19.07.2018
İrəvanın Bakı əleyhinə standart şüarları... - Millət vəkili
19.07.2018
Ermənilərin yalanı ifşa olundu: Qazaxda tutulan xüsusi təyinatlının fotoları
19.07.2018
Qarabağda daimi sülhün klassik və dəyişməz şərti
19.07.2018
Cəbhədə düşmən təxribatı davam edir