Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6147

Digər sorğular

O KİMDİ? ALLAHVERDİNİN DOSTU!

00:42  |    04 İyul 2018  |   E-mail  |  Çapa göndər

Adətən adamları necə tanıyırıq: filan supermarketin müdiridi, filan restoranın sahibidi, filan istirahət mərkəzinin yiyəsidi, filan nazirin xalası oğludu, filan nazirin sürücüsüdü və sair və ilaxır.

Dünyanın ən varlı şəhəri olan Ağdamda heç kəsi varına, dövlətinə, vəzifəsinə görə tanımırdılar. Heç kəsə varına, dövlətinə, vəzifəsinə görə hörmət eləmirdilər. Məşhur bir söz var: «Dostunu göstər, sənin kim olduğunu deyim». Ağdamda adamı belə tanıyardılar, belə hörmət edərdilər. Dostuna görə qiymət verərdilər.

- Qaqa, o kimdi?

- Allahverdinin dostu.

Deməli, qeyrətli oğuldu, ləyaqətli oğuldu, etibarlı oğuldu.

- Qaqa, o kimdi?

- Fred Asifin döyüşçüsüydü də.

- Qaqa, bəs, o kimdi?


- Reydi də, Şirin Mirzəyevin kəşfiyyatçısı.

Hə, dostlar, belə-belə işlər.

Aqil Abbas
Adalet.az
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2019
Həyatı təhlükədə olan jurnalist Fuad Abbasov: “Bu, nə ilk təhdiddir, nə də son...”
20.02.2019
Dünyaca məşhur alimdən xoşbəxtliklə bağlı 10 möhtəşəm formul
18.02.2019
Azərbaycan əhalisinin sayı açıqlandı
18.02.2019
Müğənni Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayır
14.02.2019
Vüsalə Mahirqızı yeni agentlik yaradır? (AÇIQLAMA)