Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5698

Digər sorğular

Deputat enerji qəzasına görə HİDDƏTLƏNDİ: “Bu dəfə günahkar məmurlara güzəşt edilməməlidir!”

10:50  |    03 İyul 2018  |   E-mail  |  Çapa göndər


İyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib.

Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb. Hazırda qəzanın səbəbləri araşdırılır.

Modern.az xəbər verir ki, Energetika Nazirliyi və “Azərenerji” ASC Mingəçevir İES-də baş verən hadisə ilə bağlı birgə rəsmi məlumat yayıblar.

Rəsmi məlumatda bəyan edilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə rəsmi açıqlamaya etiraz edib. Deputat Modern.az-a açıqlamasında bildirib ki, Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza ilə bağlı ciddi araşdırma aparılmalıdır:

“Hadisənin obyektiv və insan amilindən asılı olaraq baş verməsi dəqiqləşdirilməlidir. Əminəm ki, aparılan araşdırmalar buna tam aydınlıq gətirəcək. Araşdırmalardan sonra isə ciddi addımlar atılmalıdır. Belə halların növbəti dəfə baş verməməsi üçün kimsə və ya hansı məmurun günahı varsa, ona güzəştə gedilməməlidir. Çünki İstilik Elektrik Stansiyası olduqca strateji əhəmiyyət daşıyan mühüm dövlət əhəmiyyətli obyektlərdən biridir. Belə halların baş verməməsi üçün vacib tədbirlər görülməlidir. Baş verən hadisə məni çox təəssüfləndirir”.

Fəzail Ağamalı bildirib ki, Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza ilə bağlı "Azərişiq" ASC paylayıcı şəbəkə olaraq bu hadisədə məsuliyyət daşımır. Amma istehsalçı qurum olan “Azərenerji” ASC günahkardır:

““Azərişiq” Mingəçevirdə baş vermiş olan qəza ilə bağlı hər hansı bir məsuliyyət daşımır və ona bağlılığı yoxdur. Çünki “Azərişiq” istehlakçıdır. Bu məsələyə “Azərenerji” ASC cavabdehdir. “Azərenerji” elektrik enerjisini istehsal edib “Azərişıq”a verir. "Azərişiq" da öz abonentlərini elektrik enerjisi ilə təmin edir. Ona görə də “Azərişıq”ı bütün müzakirələrdən kənara çıxarmaq lazımdır.
Mingəçevirdəki elektrik enerjisinin istehsalçısı “Azərenerji”dir. Bütün araşdırmalardan sonra kimin günahkar olması bəlli olmalıdır. Heç şübhəsiz ki, ölkə ərazisində istilər var. İstilərin olması mümkündür ki, elektrik enerjisinin istifadəsində müəyyən gərginlik yaradıb. Ancaq mən düşünmürəm ki, bu qışdakından çox olsun. Mən güman etmirəm ki, Mingəçevirdə baş vermiş partlayış elektrik enerjisinin hədsiz dərəcədə yüksəlməsi ilə bağlıdır. Düzdür, mən mütəxəssis deyiləm. Ancaq güman edirəm ki, kəskin istilər hadisənin baş verməsinə əsas olmalı deyil. Orada digər texniki məsələlər və başqa amillər ola bilər. Hesab edirəm ki, hadisə bizim peşəkar istintaqçılarımız və enerji sahəsində yüksək səviyyəli mütəxəssislər tərəfindən araşdırıldıqdan sonra tam aydınlığını tapacaq”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.07.2018
2019-2023-cü illərdə Azərbaycanda sosial xidmətin inkişafı ilə bağlı konsepsiya hazırlanacaq
19.07.2018
DSMF-nin gəlirləri artıb
18.07.2018
Ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət proseduru sadələşdirilir
18.07.2018
82892 nəfərə fərdi şəxsi hesab açılıb - NAZİRLİK
17.07.2018
Yetkinlik yaşına çatmayan uşaqlar üçün yoqa dərsləri keçirilir