Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5826

Digər sorğular

Sahibkarların işi asanlaşdı - VİDEO

16:58  |    02 İyul 2018  |   E-mail  |  Çapa göndər


Qida Təhlükəsizliyi Agentliyi bu gündən sahibkarlıq subyektlərinin qeydiyyatına başlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu gündən etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına başlayıb.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev REAL-a bildirib ki, sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması prosesi üç mərhələdə həyata keçiriləcək. “Belə ki, birinci mərhələdə (iyul-avqust ayları) qida məhsulları sahəsində fəaliyyət göstərən istehsal və təsərrüfat müəssisələrinin, ikinci mərhələdə (sentyabr-oktyabr ayları) qida məhsullarının istehlakçılara çatdırılmasında iştirak edən ticarət müəssisələri və satış mərkəzlərinin, üçüncü mərhələdə isə (noyabr-dekabr ayları) qida zəncirində xidmət sahəsini əhatə edən ictimai iaşə obyektlərinin qeydiyyatının aparılması nəzərdə tutulub”.

Eyni zamanda bütün mərhələlərdə digər sahələr üzrə müracət edən sahibkarlıq subyektlərinin də qeydiyyatının və dövlət reyestrinin aparılacağnı bildirən M.Piriyev “ASAN xidmət” mərkəzlərində və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təşkil olunmuş Agentliyin "Sertifikatlaşdırma və qeydiyyat" pəncərələrində sahibkarlara aşağıdakı xidmətlər göstəriləcəyini nəzərə çatdırıb:

1. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi

2. Qeydiyyata alınmış subyektlərə dövlət reyestrindən təkrar çıxarışın verilməsi.

3. Qeydiyyata alınmış subyektlərin reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi

4. Yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi

5. İxrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatının verilməsi

6. Baytarlıq preparatlarının dövlət qeydiyyatına (təkrar qeydiyyata) alınması və qeydiyyat şəhadətnaməsinin (təkrar qeydiyyat şəhadətnaməsinin) verilməsi

7. Təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatlarının verilməsi

8. Bitki və bitkiçilik məhsullarının idxalına idxal karantin icazəsinin verilməsi

9. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyata alınması və qeydiyyat (təkrar qeydiyyat) şəhadətnaməsinin verilməsi

10. Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi

Qeydiyyat üçün isə sahibkarlar tərəfindən aşağıdakı sənədlər təqdim olunur:

Ərizə

Fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin surəti:

Vergi ödəyicisi olmasını təsdiq edən şəhadətnamənin surəti:

Hüquqi şəxslər tərəfindən dövlət reyestrindən çıxarışın surəti:

Sahibkarın səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən sənəd:

Qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti:

Müraciət edən idxalçı və ya xarici təsərrüfat subyekti olduqda ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən subyektin (onun obyektinin) qeydiyyata alınmasını təsdiq edən sənəd və məhsulun təhlükəsizliyini xarakterizə edən müvafiq sertifikatın (mövcud olduqda) notariat qaydasında təsdiq edilmiş surəti

Dövlət rüsumunun ödənişini təsdiq edən sənəd

Agentlik rəsmisi sahibkarların sertifikatlaşma və qeydiyyatla bağlı ətraflı məlumatları agentliyin afsa.gov.az saytının “Xidmətlər- Dövlət qeydiyyatı” bölməsindən və ya göstərilən ünvanlardakı “Sertifikatlaşma və qeydiyyat pəncərələri”nə yaxınlaşaraq əldə edə biləcəklərini bildirib.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
09.09.2018
Türkiyənin zirehli texnikaları Suriya ilə sərhədə göndərildi
04.09.2018
“Paşinyan Qarabağ məsələsində güzəştlərə hazır deyil” - Politoloq
04.09.2018
Elmar Vəliyevin “sağ əli”nə qarşı milyonluq ittihamlar
26.08.2018
Ramil Usubov polis rəisini vəzifədən azad etdi
24.08.2018
Gəlin başqası ilə qaçdı, bəy yeni gəlinlə özünə toy etdi - SALYANDA