Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6204

Digər sorğular

Əsgər anası Martirosyan: “Ordumuzda vəhşilik və cinayətkarlıq hökm sürür” - VİDEO

19:58  |    02 İyul 2018  |   E-mail  |  Çapa göndər


Bu günlərdə polis cərgəsini keçərək Ermənistanın Hökumət evinin girişinə yaxınlaşa bilmiş qadın tələb edib ki, onun yeni dövlət başçısı Nikol Paşinyan qəbul etsin.

Hakimiyyətin qanunsuzluqları və sadə vətəndaşların hüquqsuzluğu əleyhinə təkbaşına etiraz aksiyasından jurnalistlərin qeydə aldığı video sosial şəbəkələrdə yerləşdirilib.

Məlum olub ki, etiraz edən qadın – Arus Martirosyan Mardakertdə (Ağdərədə - red.) xidmət edən əsgərin anasıdır. Hökumət binasının qarşısında duraraq, o deyib ki, nəyə görəsə oliqarx Qaqo Tsarukyanın əlaltıları onun ailəsini və oğlunu son həddə çatdırıblar.

Onun üç uşağından birini məktəbdən qovublar, qızını isə institutdan xaric ediblər. Böyük oğlunu əsgərliyə Qarabağa yollayıblar və qarşı tərəfin gülləsindən ölmək təhlükəsi bir yana, əsgəri orada olmazın dərəcədə alçaldırlar.

"Mən hətta Mardakertə getdim və orda mağazaya işə düzəldim ki, oğluma yaxın olum, lakin ona heç nə ilə kömək edə bilmədim. Onu orada döyürlər və hətta öldürmək istəyiblər. Paşinyan, - qadın çığırır. – məni dinlə və aydınlaşdır ki, ailəmi artıq iki ildir ki, niyə hədəfə alıblar. Mühafizə rəisi Qaqo hədə-qorxu gəlirdi ki, məni məhv edəcək. Abovyan şəhərinin polisinə müraciət etdikdə isə mənə yalnız güldülər. Bəs hardadır qanun?! Bu ölkədə heç bir qanun yoxdur, sadə insanların hüquqları yoxdur. Adi həyatda qarışıqlıqdır, ordu isə bundan da pisdir – vəhşilik və cənayətkarlıq baş alıb gedir. Orada ancaq kasıbların uşaqları xidmət edir. Siz heç bu əclaf rəhbərlərin oğlu olan əsgər görmüşünüz? Paşinyan, bəlkə sən nəyisə dəyişəsən, kömək edəsən!”

Əlbəttə ki, Paşinyan vətəndaş Arus Martirosyanın çağırışı ilə küçəyə çıxmadı. Onu baş nazirin müşaviri Nairi Sarkisyan qəbul etdi. Onların söhbəti və görülmüş tədbirlər haqqında məlumat verilmir. (Virtualaz.org)

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.03.2019
BMT-dən dünyaya qorxunc XƏBƏRDARLIQ: 12 il qaldı
23.03.2019
Amerikanın azərbaycanlı müəllimi
23.03.2019
Ərdoğan Trampa meydan oxuyur - “Deyli Ekspress”
23.03.2019
Fransada aksiya keçirmək qadağan edildi
23.03.2019
Ankarada Ərdoğan və Bağçalının ortaq mitnqi keçirilib - VİDEO