Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5839

Digər sorğular

Sahil Babayev Lənkəranda vətəndaş qəbulu keçirəcək

13:24  |    02 İyul 2018  |   E-mail  |  Çapa göndər


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyulun 20-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Lənkəran rayonunda Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərə görə, qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması) aid vətəndaşların müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) və 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq iyulun 17-dək qəbula yazıla bilərlər. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Komitə sədri məcburi köçkünlərlə görüşdü
25.09.2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
24.09.2018
“İşləyən qadın - inkişaf edən cəmiyyət” mövzusunda seminar keçirilib
21.09.2018
Sahil Babayev 4 rayon və şəhərin sakinləri ilə görüşüb
21.09.2018
Sahil Babayev və Orxan Məmmədov memorandum imzalayıblar