Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5947

Digər sorğular

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi Füzulidə aksiya keçirib

14:52  |    02 İyul 2018  |   E-mail  |  Çapa göndər


Layihənin icrası ərəfəsində Füzulidə sünnət aksiyası keçirildi.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ldə elan etdiyi qrant müsabiqələrində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. “Rusiya və Azərbaycan QHT-lərinin əməkdaşlığı nəticəsində əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması” adlı layihə Rusiyada və Azərbaycanda icra ediləcəkdir.

Layihənin məqsədi Rusiya və Azərbaycan qonşuluğunun tarixi kökləri, Azərbyacan və Rusiya QHT-ləri arasında əməkdaşlıq, Dağıstan və Azərbaycan əhalisi arasında ictimai fəallığın artırılması, əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması işləri nəzərə tutulur.

Gəncə, Ağdam Ağcabədinin təhsil ocaqlarında tələbə və müəllim kollektivləri ilə görüşlər keçirilib.

30 iyun 2018-ci il tarixində Füzuli rayonunda yerləşən Diaqnostika Mərkəzində layihənin icrasında nəzərdə tutulan əlilliyi olan ailələrin və imkansız imtiyazlı ailələrin uşaqlarına sünnət aksiyası keçirildir. Füzuli, Beyləqan və Cəbrayil rayonlarının müxtəlif kəndlərindən olan ailələrin uşaqlarına sünnət olundu.

Sünnət aksiyasının keçirilməsində Füzuli rayon Diaqnostika Mərkəzinin rəhbəri Cümşüd Məmmədov, Füzuli Rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi Natiq həkim, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi Hüseyin Əhmədov yaxından köməklik etdilər. işlərin təşkilində Asif Quliyev, Xəyal və Rahim qardaşları yaxından köməklik etdilər.

Türkiyənin Azərbaycanda fəaliyyət göstərən səfiri Erkan Özoralın həyat yoldaşı Məltəm Özoral da sünnət aksiyamıza yardım etdi. Türkiyənin Azərbaycanda, Gəncə şəhərində fəaliyyət göstərən Baş Konsulu Orhan İşık sünnət olunmuş 50 nəfər uşağa geyim hədiyyələri yolladı. Hədiyyələri Konsulluqun əməkdaşı Ramil müəllim təqdim etdi.

Həmin gün, Sünnət aksiyamız başa çatdıqdan sonra N saylı hərbi hissə əsgərləri ilədə görüş oldu. Hərbi hissə kitabxanasına müxtəlif kitablar hədiyyə edildi. Onlarla söhbət etdik, Aybəniz Qafarlı öz şerləri ilə əgsərlərimizi sevindirdi. Arzi Qocayev və dostları, Rəsmiyyə Allahverdiyeva, Canah Nuriyeva, Sevda qızımız, Ravin Həsənov, Billur prodokşin studiyasının rəhbəri Billur Məmmədova əsgərlərmizlə görüşlərdə onlara öz sevgilərini çatdırdılar. Xalqımızın Azərbaycan ordusuna olan ümidini və ordya hər an dəstək oldumuzu əsgərmizə çatdırdıq.

Layimizə dəstəyiniz üçün çox sağ olun dostlar. Çox yaxın zamanlarda yenədə əsgərlərmizlə görüşə gedəcəyik.

Ordumuz QƏLƏBƏNİN ÇOX YAXINLIĞINDADIR.!!!

Uca tanrı ordumuzu, əsgərimizi, xalqımızı qorusun!!!

Layihə rəhbəri MVQSYİB-nin sədri Radə Abbas
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazir: “Şəhid adından manipulyasiya etmək düzgün deyil...”
13.11.2018
Prezident “DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayırıb
13.11.2018
Nazirlikdə tanınmış alim Klaus F.Zimmermanla görüş olub
12.11.2018
Daha 4 narazı şəhid vərəsəsinin şikayətinə AYDINLIQ GƏTİRİLDİ
10.11.2018
146 vərəsəyə vəsait ödəniləcək - VİDEO