Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5698

Digər sorğular

Dağlıq Qarabağ mütləq Azərbaycana qaytarılmalıdır - Rusiyalı deputat

18:41  |    01 İyul 2018  |   E-mail  |  Çapa göndər


"Bu gün mən Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən abadlıq, inkişaf və quruculuqdan başqa heç nə görmürəm və bu, bizi məmnun edir".

APA-nın məlumatına görə, bunu bu gün Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini, hakim "Vahid Rusiya" Partiyasının üzvü Dmitriy Savelyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfransda bildirib.

D. Savelyev deyib ki, Dağlıq Qarabağ və ətrafındakı 7 rayon qeyd-şərtsiz, mütləq şəkildə Azərbaycana qaytarılmalıdır. Cocuq Mərcanlıda işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq, inkişaf işlərini təqdir edən rusiyalı deputat qeyd edib ki, Ermənistanda baş verən hadisələr nəzərə alınsa, Azərbaycanın Rusiya üçün dəyəri ikiqat artır: "Azərbaycan nadir ölkələrdən biridir ki, burada rus dili inkişaf edir. Azərbaycan Rusiyanı Avropa Şurasında dəstəkləyir. Azərbaycan Rusiyanın Cənubi Qafqazda etibarlı müttəfiqidir. Baxmayaraq ki, biz Azərbaycana külli miqdarda silah satmışıq, amma bu, heç vaxt Rusiyanın öz əleyhinə yönələ bilməz. Ümid edirəm ki, Ermənistan müdrik olacaq və Qarabağ münaqişəsi öz həllini tapacaq".

Deputat onu da qeyd edib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan sürətlə inkişaf etsə də, Ermənistan geriləyib: "Bu baxımdan Ermənistan torpaqları qaytarsa, onun öz iqtisadiyyatı üçün də mühüm addım olar. Rusiya Minsk Qrupunda Dağlıq Qarabağ münaqişəsi həlli istiqamətində daha fəal olmalıdır. Biz Ermənistanı da itirmək istəməzdik. Amma təəssüf ki, Ermənistan bunu düşünmək əvəzinə NATO ilə isti münasibətlərə can atır".
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.07.2018
Ermənilər mövqelərimizi atəşə tutub
19.07.2018
İrəvanın Bakı əleyhinə standart şüarları... - Millət vəkili
19.07.2018
Ermənilərin yalanı ifşa olundu: Qazaxda tutulan xüsusi təyinatlının fotoları
19.07.2018
Qarabağda daimi sülhün klassik və dəyişməz şərti
19.07.2018
Cəbhədə düşmən təxribatı davam edir