Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5962

Digər sorğular

Erməni qızdan Paşinyana təhdid dolu məktub: “Əks təqdirdə…” – Foto

03:15  |    30 İyun 2018  |   E-mail  |  Çapa göndər

5 gün Amulsarda qızıl axtarışı aparan şirkətə etiraz edən insanların yanında oldum.

Hansı ki, həmin atmosfer siz İrəvanda Serj Sərkisyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün aksiyalar keçirərkən yaşanmışdı. Polis və hərbi qüvvələrin təzyiqlərinə baxmayaraq, insanlar sizi müdafiə etdilər, sizi tərk etmədilər. Amma indi deyəsən, siz həmin insanları tərk etmisiniz.

Teleqraf.com xəbər verir ki, Ermənistanın Jermuk bölgəsində baş verən etiraz aksiyaları barədə rayon sakini Ani Xaçaturyanın Baş nazir Nikol Paşinyana yazdığı məktubda belə deyilir.

Ani məktubunda Paşinyan və onun başçılıq etdiyi hökuməti vətəndaşların taleyinə biganə olmaqda ittiham edir və yazır:

“10 günə yaxındır ki, bölgə sakinləri Amulsarda qanunsuz qızıl axtarışları aparan “Lidiya” şirkətinə etiraz edir. Dəfələrlə sizə də şikayətlərini bildiriblər ki, axtarışlar bölgədə ekoloji fəlakətə gətirib çıxara, içməli su zəhərlənə bilər. Mədəndə istifadə edilən texnologiya köhnədir. Sizə verdiyiniz vədi xatırladım, siz baş nazir olmamışdan əvvəl vəd verdiniz ki, mədən siyasəti yenilənəcək. Bu gün isə bu vədi unutmaqla yanaşı, etiraz edən vətəndaşları təxribatçı adlandırırsız və hədələyirsiniz ki, bu itaətsizlikdir və sakitləşməsəniz, qarşısı alternativ variantlarla alınacaq.

Sizə cavab olaraq vurğulamaq istəyirəm ki, burada etiraz edən insanlar vaxtilə siz hakimiyyətə gəlmək istəyəndə yanınızda necə sıx dayanmışdılarsa, elə dayanıblar. Hər halda bu haqda düşünsəniz yaxşı olardı. Tapacağınız çıxış yolu həm də sizin çıxış yolunuz olacaq. Əks təqdirdə… Özünüz düşünün”.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var
28.07.2018
Paşinyan: “Türkiyə ilə şərtsiz əlaqələr qurmağa hazırıq” - Sensasiyalı müsahibə
27.07.2018
Köçəryan istintaqa ifadə verir