Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5965

Digər sorğular

İstirahətə gedənlərə XƏBƏRDARLIQ - Açıq havada QALMAYIN

00:59  |    30 İyun 2018  |   E-mail  |  Çapa göndər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti həftəsonu istirahətə gedənlərə xəbərdarlıq edir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu dağətəyi rayonlarda 34-39, dağlıq rayonlarda isə 27-32 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları günəşli hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 36-41 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında anomal isti, günəşli hava şəraiti olacaq. Havanın maksimal temperaturu 37-41, bəzi yerlərdə 43 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 37-42 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, anomal isti, günəşli hava şəraiti müşahidə olunacaq, zəif cənub küləyi əsəcək. Havanın maksimal temperaturu 37-41 dərəcə isti təşkil edəcək.

Qeyd edək ki, iyulun 2-dək Abşeron yarımadasında anomal isti və durğun hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Qaziler.az
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
31.07.2018
Gəncə hadisələrinə görə həbs olunanların adları bilindi
31.07.2018
Prezident Əli Həsənovu təltif etdi - RƏSMİ
30.07.2018
Gəncə olayı: 4 nəfər məhv edildi, 61 nəfər... - Rəsmi
28.07.2018
Komandalar artilleriya atışlarını məşq etdirdilər
28.07.2018
Astarada avtomobil yolunun tikintisi ilə bağlı SƏRƏNCAM