Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6137

Digər sorğular

Trampın Putinə edəcəyi TƏKLİF BƏLLİ OLDU

21:53  |    29 İyun 2018  |   E-mail  |  Çapa göndər

CNN İnternational, 16 iyuldakı tarixi görüşdə ABŞ liderinin Rusiyalı həmkarına Suriyadan çəkilmə qarşılığında cənubda qapalı bir zona təklif edəcəyini xüsusi xəbər olaraq yayıb.

ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin iyulun 16-da bir araya gələcəyinin açıqlanması, gözləri Orta Şərqə çevirib.
CNN İnternational, liderlərin görüşündə ABŞ-ın Suriyadan çəkilmək üçün Rusiya ilə anlaşmaya çalışacağını xüsusi xəbər olaraq çatdırıb. Xəbərini yüksək səviyyəli hərbi mənbələrə əsaslandıran CNN, Trampın daha əvvəl də dilə gətirdiyi çəkilmə həmləsini bir daha sınağdan keçirəcəyini bildirir.
Xəbərə görə, Tramp Suriyanın cənubunda bir qapalı zona yaradıb, sonra əsgərlərini çəkmək istəyir və Putinə də sözügedən təklifi təqdim edəcək. Vaşinqtonun hədəfi İranın regiona girməsini əngəlləməkdir.
Suriya ordusu və İran milisləri, iki həftədir ki,Trampın sözünü etdiyi bölgədə əməliyyat keçirir və artıq 150 min mülki əhali İordaniya və İsrail sərhədlərinə doğru köç ediblər. Trampın təklifi qəbul edildiyi təqdirdə, İran qüvvələrinin bölgədən necə ayrılacağı qeyri-müəyyənliyini qoruyur.
Kremldən də bu gün görüşlə bağlı açıqlama verilib və Moskva rəhbərliyi liderlərin Suriyanı müzakirə edəcəyini təsdiqləyib.
ABŞ lideri Tramp, daha əvvəl bir neçə dəfə Suriyadan çəkilmək istədiyini söyləyib, ancaq bu yöndə indiyə qədər bir addım atılmış deyil.
Qeyd edək ki, Vaşinqton rəhbərliyi, hazırda yalnız terror təşkilatı PKK/YPG ilə birlikdə hərəkət edir.
Tramp və Putin daha əvvəl də iki dəfə müxtəlif beynəlxalq tədbirlərdə üz-üzə görüşüb, ancaq Finlandiyada yalnız ABŞ-Rusiya görüşü baş tutacaq.

Müxalifət.az
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.02.2019
Ermənistan və Azərbaycan arasında “buzlar” əriyir – Rus nəşrindən ilginc iddia
10.02.2019
Prezident İlham Əliyev iranlı həmkarını təbrik edib
09.02.2019
“Köçəryan 20 il azadlıqdan məhrum edilə bilər” – Hakimiyyət savaşı qızışır\Şərh
09.02.2019
İlham Əliyev rusiyalı naziri qəbul etdi
07.02.2019
Əli Həsənovdan İTTİHAM: “...çirkin qurumdur”