Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5839

Digər sorğular

Tələbə və məzunlar üçün növbəti aktiv məşğulluq tədbiri təşkil edilib

14:18  |    29 İyun 2018  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbirini Bakı Biznes Universitetində təşkil edib.

Qaziler.az bildirir ki, tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, universitetin rəhbərliyi ilə birgə, ölkəmizdə səfərdə olan Litva Respublikasının sosial təhlükəsizlik və əmək nazirinin müavini xanım Eqle Radisauskienenin başçılıq etdiyi nümayəndə heyəti, Avstriya Məşğulluq Xidmətinin İcraçı İdarə Heyətinin üzvü Tomas Hainlen, Avropa İttifaqının Tvinninq Layihəsinin nümayəndəsi Audra Mikalauskaite iştirak edib.

Mətin Kərimli dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin məşğulluğunun artırılmasının diqqətdə saxlandığını, aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqamətinin də gənclərin əmək bazarına çıxış imkanlarının artırılmasına yönəldiyini vurğulayıb. Nazir müavini bu istiqamətdə müvafiq işlərin davam etdirildiyini, nazirliyin məşğulluq orqanları tərəfindən cari ilin yanvar-may aylarında işlə təmin edilən 35,3 min nəfərdən 9573-nün gənc olduğunu qeyd edib.

M.Kərimli bildirib ki, həmçinin bu ilin 5 ayında məşğulluq orqanları tərəfindən 1317 nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub və onlardan 700 nəfərə qədərini gənclər təşkil edib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 80 nəfər gənc peşə təliminə qəbul edilib. Son beş ayda 63,2 min nəfər gəncə düzgün peşə seçimi aparmalarına köməklik məqsədilə peşəyönümü məsləhətləri verilib. Özünüməşğulluq proqramında da gənclərin iştirakına xüsusi önəm verilir və ötən il proqrama cəlb olunaraq kiçik ailə təsərrüfatlarını yaradanların 300 nəfərdən çoxu gənclər olub. Cari ildə də bu proqramda gənclərin iştirak səviyyəsinin dəfələrlə artırılması planlaşdırılır.
“Karyerada ilk addım” devizi altında təşkil olunan tədbirlərin əhəmiyyətini qeyd edən nazir müavini burada əsas məqsədin gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi, işəgötürənlərlə ilkin əlaqələr qurmaları üçün şərait yaradılması olduğunu bildirib.

Aktiv məşğulluq tədbirində 49-u özəl, 3-ü dövlət sektoruna aid 52 müəssisə tərəfindən 235 vakant iş yeri təqdim olunub və bu iş yerləri üzrə göndərişlər verilib. Tədbirdə vakant iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib, tələbə və məzunlara onlarla ilkin əlaqələr qurmaq, işəgötürənlərə öz şəxsi məlumatlarını təqdim etmək, işəgötürənlərə gələcəkdə onlara lazım ola biləcək ixtisaslı kadr seçimi aparmaq imkanı yaradılıb. Tələbə və məzunlara əmək bazarında işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri haqqında ətraflı məlumatlar verilib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Komitə sədri məcburi köçkünlərlə görüşdü
25.09.2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
24.09.2018
“İşləyən qadın - inkişaf edən cəmiyyət” mövzusunda seminar keçirilib
21.09.2018
Sahil Babayev 4 rayon və şəhərin sakinləri ilə görüşüb
21.09.2018
Sahil Babayev və Orxan Məmmədov memorandum imzalayıblar