Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5689

Digər sorğular

“30 iyun - Sevgililər günü” və “Şəhid sevgililər” kitabı ilə bağlı tədbir oldu

17:14  |    28 İyun 2018  |   E-mail  |  Çapa göndər

QAZİLER.AZ saytı xəbər verir ki, “30 iyun - Sevgililər günü” və mərhum şair Əbülfət İslamın 20 yanvar şəhidliyinin simvollarından İlhamla Fərizəyə həsr edilən “Şəhid sevgililər” kitabının təqdimatı keçirilib.

“20 yanvar” ictimai birliyinin təşkilatçılığı ilə Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbayel rayon şöbəsinin ofisində keçirilən tədbir Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı aparıb.

Tədbirdə millət vəkilləri Aydın Mirzəzadə, Zahid Oruc, Sədaqət Vəliyeva, Hikmət Babaoğlu, şair Ramiz Rövşən, professor Asif Rüstəmli, “Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu, “Teleqraf Media qrupu”nun rəhbəri Aynur Camalqızı, Əbülfət İslamın tələbə yoldaşı və yaxın dostu, şair-publisist Əli Rza Xələfli, Kür-Xəzər birliyinin sədri Akif Kərimov çıxış edərək “30 iyun - Sevgililər günü” və “Şəhid sevgililər” kitabı ilə bağlı fikirlərini bölüşüblər. Onlar deyiblər ki, Azərbaycanda “30 iyun - Sevgililər günü”nün kütləvi qeyd edilməsi çox yaxşı olardı. Ə.İslamın “Şəhid sevgililər” kitabının işıq üzünü görməsini çox yaxşı bir hadisə kimi qiymətləndiriblər.


Sonda “20 yanvar” ictimai birliyinin sədri Sultan Əzibzadə çıxış edərək iştirakçılara minnətdarlığını bildirib.

Tədbirdə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev, yazıçılar Yunus Oğuz, Fəxri Uğurlu, şairlər Qulu Ağsəs, Əkbər Qoşalı, jurnalistlər İlham Tumas, Rey Kərimoğlu, general-mayor İsgəndər Allahverdiyev, tanınmış ilahiyyətçi Seyid Camal, Əbülfət İslamın həyat yoldaşı, ailə üzvləri, 20 yanvar və Qarabağ qaziləri və başqaları iştirak edib.

Kitabın ərsəyə gəlməsində İsmayıl Padarlının (Həkimli) xidməti xüsusiylə vurğulanıb.

Sonra iştirakçılar Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarını ziyarət edib, onların məzarlarına gül dəstələri qoyulub. Seyid Camal şəhidlərin ruhuna dualar oxuyub!

QAZİLER.AZ


Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.07.2018
Elmar Vəliyevi əməliyyat edən həkimin köməkçisi: “Onun vəziyyəti getdikcə...” - AÇIQLAMA
17.07.2018
Sabahın hava PROQNOZU
17.07.2018
Sərhədçilər ilan sancan Alxanlı sakinini xilas etdi
16.07.2018
Oğuzun İcra Hakimiyyəti pullu şəlaləyə aydınlıq gətirdi
16.07.2018
DİM-dən XƏBƏRDARLIQ: Müddət bu gün başa çatır