Böyük Britaniyanın “EU today” jurnalı (https:///news/culture/2018/short-stories-from-azerbaijan-in-one-volume) Azərbaycan Tərcümə Mərkəzinin beynəlxalq nəşr layihələri, həmçinin yaxın günlərdə Londonun Britaniya Kitabxanasında təqdimat mərasimi keçirilmiş “Azərbaycan hekayələri” kitabı ilə bağlı məqalə yerləşdirib.

Əsərləri kitaba daxil edilmiş müəlliflərin bir çoxu ingilis oxucusuna tanış olmasa da, kitab böyük maraqla qarşılandı. Tanımadığın müəllifin əsərini aşkar etmək hər zaman insana böyük zövq verir. Bu antologiya isə bizə bu cür 28 gözəl fürsət bəxş edir. İngilis oxucusu hər zaman hekayə janrına üstünlük verib. Dikkens, Morrison, Konan-Doyl, Herbert Corc Uells kimi dahilər də məhz bu kütləvi oxucu marağı səbəbindən çox vaxt hekayə janrına üz tutublar”.
Sosial şəbəkələrdə paylaş
Bölməyə aid digər xəbərlər