Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6209

Digər sorğular

“Ermənistanda səfərbərlik sıfır səviyyəsindədir...” - "Belə olsa, biz heç bir türkdən qorxmarıq” -Erməni veteran

03:15  |    28 İyun 2018  |   E-mail  |  Çapa göndər

“Aprel savaşı zamanı Ermənistanda çaxnaşma yaranmasına məhz səfərbərliyin aşağı səviyyədə olması səbəb olub...

Əgər düşmən ordusunda hərəkətlənmə varsa, buna adekvat cavab olmalı və müvafiq qüvvələr lazımi nöqtələrdə yerləşdirilməlidır”.

Moderator24.com xəbər verir ki, bunu işğalçı ölkənin NEWS.am agentliyinə müsahibəsində Qarabağ müharibəsi veteranı Qaqik Ginosyan Azərbaycan Ordusu ilə separatçı rejimin qanunsuz hərbi birləşmələrinin təmas xəttindəki son vəziyyətdən bəhs edərkən bildirib. Q.Ginosyan Ermənistanda səfərbərliyinin sıfır səviyyəsində olduğunu vurğulayıb. “Səfərbərlik elə bir səviyyədə olmalıdır ki, narahatlıq halında hər hansı bir erməni hansı hərbi komissarlığa, hansı otağa getmək lazım olduğunu və s. dəqiq bilsin. Belə bir səfərbərlik olsa, biz heç bir türkdən qorxmarıq”- deyə erməni veteran bildirib.

Onun sözlərinə görə, 2016-cı ilin aprelində Ermənistanda yaranmış çaxnaşmaya məhz səfərbərliyin aşağı səviyyədə olması səbəb olub. “Ermənistanda, ümumiyyətlə, olmayan səfərbərlik üçün neçə milyon dram sərf olunduğunu təsəvvür edirsizmi? Lakin məsul şəxslər bunun üçün heç bir cəza almayıblar”, - deyə Q.Ginosyan vurğulayıb.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.03.2019
Düşmən atəşkəsi 22 dəfə pozub
25.03.2019
Atəşkəs rejimi 22 dəfə pozulub
24.03.2019
Ermənistanda analar əsgərlərin Dağlıq Qarabağa göndərilməsinə qarşı etiraz aksiyası keçiriblər
24.03.2019
Ermənilər atəşkəsi 23 dəfə pozublar
23.03.2019
Ermənistan atəşkəs rejimini 25 dəfə pozub